Rasim Qara oğlu Məmmədov (1 iyun 1950, Nərimanlı, Basarkeçər rayonu) – fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005), Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Rasim Məmmədov | |
---|---|
Məmmədov Rasim Qara oğlu | |
Doğum tarixi | 1 iyun 1950(1950-06-01) (74 yaş) |
Doğum yeri | |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
1 iyun 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini "Qızıl medal"la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub.
1971–1972-ci illərdə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini "Fərqlənmə diplomu" ilə başa vurub. 1972–1974-cü illərdə zabit olaraq Sovet Ordusunda xidmət etmişdir.
1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
2004-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.
Hazırda BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədridir, BDU Elmi Şurasının üzvüdür, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavinidir, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəridir, "Bakı Universiteti Xəbərləri" jurnalının redaksiya heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.
130 elmi məqalə, 35 elmi-publisist məqalə, 1 monoqrafiya, 3 kitab və 5 patent, 50-dən artıq elmi məruzəsi dərc edilib.
Ailəlidir, iki oğlu və bir qızı vardır.
2008-ci ildə Rusiyanın İvanov şəhərində keçirilən V Beynalxalq Elmi Konfransda "Kristallaşma mexanizmi və kinetikası. Nanotexnologiya üçün kristallaşma" mövzusunda, Ukraynanın Xarkov şəhərində keçirilən I Beynalxalq Simpoziumda "Supramolecul və Nanokimya tətbiqlərə doğru" mövzusunda, İranın Təbriz şəhərində keçirilən II Beynalxalq Konfransda "Nanoelm və Nanotexnoloğiya" mövzusunda, Malayziyada keçirilən II Beynalxalq Konfransda "Funksional Materiallar and Cihazlar" mövzusunda konfranslarda iştirak etmişdir.
2007-ci ildə və 2008-ci ildə Rusiyanın Ulyanovsk şəhərində keçirilən X Beynalxalq Konfransda "Opto-, nanoelektronika, nanotexnoloğiya və mikrosxemlər" mövzusunda konfranslarda iştirak etmişdir.
2004, 2006 və 2008-ci illərdə Ruminiyanın Piteşti şəhərində keçirilən simpoziumda fəal iştirak etmişdir.
2004, 2005, 2006, 2007 və 2008-ci illərdə Bakı şəhərində "Nanoölçülü cisimlərdə İşıq" mövzusunda keçirilən I Beynalxalq Elmi Seminarda da iştirak etmişdir.
Rasim Məmmədov BDU-nun Fizika fakültəsinin "Optika və molekulyar fizika kafedrası"nda 1980–1985-ci illərdə müəllim, 1985–1990-cı illərdə baş müəllim, 1990–2005-ci illərdə dosent vəzifəsində çalışmışdır. 2005-ci ildən hazıra qədər isə professor vəzifəsində çalışır.
1999–2004-cü illərdə BDU-nun Fizika fakültəsində dekan müavini, 2004-cü ildən isə dekan işləyir.
Beynalxalq Layihə: "Real silisium Şottki diodlarının əlavə elektrik sahəsinin onların yararlığına, stabilliyinə və dözümlüyünə təsiri" – İnkişaf edən Ölkələr üçün Elmlər Akademiyasının Qrantı (TWAS — 2008) Respublika Layihəsi: "Əlavə elektrik sahəli metal-yarımkeçirici kontaktlarda elektron hadisələri və onlar əsasında yaradılan nanoquruluşlu diodların özəllikləri" — Azərbaycan Respublikası Elm Fondu (AMEA −2008).
"Səthi potensial çəpərli kontakt hadisələri", "Əlavə elektrik sahəli real metal-yarımkeçirici makro-, mikro- və nanokontaktlar fizikası" onun əsas tədqiqat apardığı sahələrdir.
Real (yəni, bircins və ya qeyri-bircins kontakt səthi məhdud olan) metal – yarımkeçirici kontaktlarda (MYK) kontakt səthinin həm qeyri-bircinsliyi, həm də onu əhatə edən metal və yarımkeçiricinin sərbəst səthləri ilə məhdudlanması hesabına yarımkeçiricinin kontaktaltı işlək hissəsində əlavə elektrik sahəsinin yaranma hadisəsini kəşf edib.
Düzləndirici və omik real MYK-ların faktiki işlək energetik modelləri və cərəyanaxma mexanizmləri, eyni zamanda MYK diodlarda ənənəvi vaxtından əvvəl elektrik deşilmənin yeni mexanizmini işləyib hazırlayıb.
Əks cərəyanı olmayan MYK diodu, nano-MYK əsaslı günəş elementi və onların hazırlanma üsullarının ixtiralarına patentlər alıb.
Yarımkeçiricilər fizikası və elektronikası sahəsində "Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikası" adli yeni elmi istiqamət açılıb və bu sahəyə aid rus dilində "Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar, (Bakı, BDU, 2003, 231 s.)" adlı analoqu olmayan ilk monoqrafiya yazıb.
İlk dəfə olaraq hələ 1980-ci illərdə real MYK-ların bir-biri ilə elektriki qarşılıqlı təsirdə olan nano- və mikrokontaktlar toplusundan ibarət olması aşkar edilib, nano- və mikrostrukturların xassələrinin analoji makrostrukturların xassələrindən kəskin fərqləndiyi nəzəri və təcrübi olaraq müəyyən edilib və bu fərqin yaranmasının fiziki əsasları işlənib hazırlayıb.
Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikasına aid "Emissiya qeyri-bircinsliyinin metal – silisium kontaktlarının elektrofiziki xassələrinə təsiri" mövzusunda namizədlik və "Real metal – yarımkeçirici kontaktlarının elektrofiziki xassələri" mövzusunda doktorluq dissertasiyaları yazıb və müvəffəqiyyətlə müdafiə edib.
Materialları, Ulyanovsk, Rusiya, 2006, s.214