. Love.az

Rauf Gulmemmedov - Wikipedia - Love.az

Ana Səhifə - Rauf Gulmemmedov

Rauf Məmməd oğlu Gülməmmədov (2 yanvar 1944, Kirovabad – 21 iyun 1999, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı.

Rauf Gülməmmədov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
4 iyul 1992 – 3 iyul 1993
ƏvvəlkiAğasəlim Bağırov
SonrakıRafael Allahverdiyev
Azərbaycan Respublikası Baş nazirinin müavini
23 aprel 1992 – 4 iyul 1992
Baş nazirFeyruz Mustafayev (1992)
Rəhim Hüseynov (1992-1993)
Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
1991 – 1992
İcra başçısıRüfət Ağayev
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
1990 – 199?
Seçki dairəsi20 sayılı
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin birinci müavini
28 iyun 1990 – 1991
SədrSənan Əlizadə
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1944(1944-01-02)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 iyun 1999(1999-06-21) (55 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti

Həyatı

redaktə

Rauf Gülməmmədov 2 yanvar 1944-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini Gəncədə 4 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır.

Rauf Gülməmmədov 1960–1963-cü illərdə Bakı Avtomobil Təmiri Zavodunun əvvəl fəhləsi, sonra isə çilingəri, 1967–1971-ci illərdə Nərimanov Rayon Mənzil İstismar İdarəsinin mühəndisi, 1971–1980-ci illərdə Binəqədi Rayon Mənzil İstismar İdarəsi rəisi, 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[1]

5 iyul 1993-cü il tarixindən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Rauf Gülməmmədov 21 iyun 1999-cu il tarixində Bakıda ölmüşdür.

Siyasi fəaliyyəti

redaktə

Rauf Gülməmmədov 1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin , Bakı Şəhər Xalq Deputatları Sovetinin də deputatı olmuşdur.

Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşımışdır.

Rauf Gülməmmədov 23 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 695 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.[2] O, 18 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 751 nömrəli fərmanı ilə bu vəzifəyə yenidən təyin edilmiş,[3] təyinatı həmin gün Ali Sovet tərəfindən təsdiqlənmişdir.[4] Rauf Gülməmmədov 4 iyul 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 31 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[5]

Rauf Gülməmmədov 4 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 30 nömrəli fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmuşdur.[6] O, 3 iyul 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 664 nömrəli fərmanına əsasən vəzifəsindən azad edilmişdir.[7]

İstinadlar

redaktə
  1. ↑ Ҝүлмәммәдов Рауф Мәммәд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
  2. ↑ "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  3. ↑ "Arxivlənmiş surət". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  4. ↑ "Arxivlənmiş surət". 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  5. ↑ "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  6. ↑ "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  7. ↑ "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rauf_Gülməmmədov&oldid=7706053"
LOVE.AZ