. Love.az

Rauf Huseynov Fizik - Wikipedia - Love.az

Ana Səhifə - Rauf Huseynov Fizik
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rauf Hüseynov.

Rauf Rüstəm oğlu Hüseynov (4 mart 1940, Bakı) — Azərbaycan fiziki; Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014).[1]

Rauf Hüseynov
Hüseynov Rauf Rüstəm oğlu
Doğum tarixi 4 mart 1940(1940-03-04) (85 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
İş yerləri
  • BDU Fizika fakültəsi,
  • AMEA Fizika İnstitutu
Təhsili
  • BDU Fizika fakültəsi (–1962)

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Əsas elmi nailiyyətləri
  • 4 Elmi əsərləri
  • 5 İstinadlar

Həyatı

redaktə

Rauf Hüseynov 4 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə[2] Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.[1]

Elmi fəaliyyəti

redaktə

Rauf Hüseynov Bakı Dövlət Universitetinin Fizika fakültəsində müxtəlif ixtisas və ümumi fizika kurslarından 15 il dərs deyib. O, AMEA Fizika İnstitutunun nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür.[1]

Rauf Hüseynov "Yarımkeçiricilərin və dielektriklərin fizikası" ixtisası üzrə "Kristalda eksiton spektrinin dayanıqsızlığı ilə bağlı olan elektron faza keçidi" mövzusunda namizədlik dissertasiyası, "Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə və yarımkeçirici strukturlarda Kulon qarşılıqlı təsir və kollektiv hadisələr" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.[1]

Rauf Hüseynov 30 iyun 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[3]

AMEA Fizika İnstitutu nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür.

Əsas elmi nailiyyətləri

redaktə

Yarımkeçiricinin elektron spektrinin eksiton dayanıqsızlığı "eksiton dielektriki" adlı yeni fazanın əmələ gəlməsinə gətirib çıxarır. Bu fazaya keçidin nəzəriyyəsi qurulub və göstərilib ki, keçid birinci növ faza keçidi yolu ilə baş verir. Yarımkeçirici nanostrukturlarının – nazik təbəqələrin və ifratqəfəslərin eksiton spektrinin və optik xassələrinin nəzəriyyəsi qurulub. Bu sistemlərdə yeni tipli həyacanlanmalar aşqar edilmişdir və bunları nəzərə almaqla belə sistemlərin optik xassələri hesablanmışdır.[1]

Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə elektron-deşik mayesinin nəzəriyyəsi inkişaf etdirilib və göstərilib ki, onların anizotropiyası izotrop yarımkeçiriciyə nisbətən daha dayanıqlı hala gətirir.[1]

Elmi əsərləri

redaktə
  • R.R.Hüseynov, L.V.Keldış. " Kristalın elektron spektrinin eksiton dayanıqsızlığı halında faza keçidin növü haqqında".
  • R.R.Hüseynov. "Elektron spektri güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə elektron-deşik mayesi".
  • R.R.Hüseynov. "İfratqəfəsdə eksitonların eninə hərəkətinin spektri".[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 "Hüseynov Rauf Rüstəm oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  2. ↑ "Hüseynov Rauf Rüstəm oğlu". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  3. ↑ "qafqazinfo.az". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-05.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rauf_Hüseynov_(fizik)&oldid=7987242"
LOVE.AZ