. Love.az

Rauf Kazimovski - Wikipedia - Love.az

Ana Səhifə - Rauf Kazimovski
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Rauf.

Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976)[1] — Azərbaycan kinorejissoru.

Rauf Kazımovski
Kazımovski Rauf Mirmahmud oğlu
Doğum tarixi 31 dekabr 1928
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2 mart 1976 (47 yaşında)
Uşağı
  • Ələkbər Kazımovski
Atası Mirmahmud Kazımovski
Fəaliyyəti rejissor
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Mənbə

Həyatı

redaktə

Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur.

Mükafatları

redaktə
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Filmoqrafiya

redaktə
  • Şamdan bəy (film, 1956)
  • Korun mahnısı (film, 1961)
  • Körpə (film, 1962)
  • Yun şal (film, 1965)
  • Poçt qutusu (film, 1967)
  • Bəşir Səfəroğlu (film, 1969)
  • General (film, 1970)
  • Aktrisanın təbəssümü (film, 1974)
  • Aldanmış kəvakib (film, 1974)

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan kinosu. Ensiklopedik lüğət. Bakı: Elm və Təhsil, 2017, s.229

Mənbə

redaktə
  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 41.
  • "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
  • Kazımovski Rauf Mirmahmud oğlu — Üzeyir Hacıbəyov Elektron Ensiklopediyası.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rauf_Kazımovski&oldid=5561131"
LOVE.AZ