Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Rauf Səlimov (d.23 avqust 1964, Bakı, Azərbaycan SSR) — Dövlət Statistika Komitəsinin sədr müavini[1].
Rauf Səlimov | |
---|---|
Doğum tarixi | (60 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirmişdir. İqtisad elmləri namizədidir[1].
1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 2007-ci ilin mart ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinidir[1].