. Love.az

Ravin Almemmedov - Wikipedia - Love.az

Ana Səhifə - Ravin Almemmedov

Ravin Alməmmədov — Qazax rayonunun Göyəzən ağır atletika klubunun yetirməsi olan ağır atletdir. O, son illərdə həm Avropa, həm də dünya səviyyəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir.[1]

Ravin Alməmmədova
Şəxsi məlumatlar
Vətəndaşlığı  Azərbaycan
Milliyəti azərbaycanlı
İdman növü ağır atletika
Medallar
2022-ci il Avropa Çempionatı
Qızıl 2022 Polşa Ağırlıq qaldırma
2023-cü il Dünya birinciliyi
Qızıl 2023 Albaniya Ağırlıq qaldırma
2023-cü il Avropa Birinciliyi
Qızıl 2023 Moldova Ağırlıq qaldırma
31 may 2025 tarixində yenilənib.

Uğurları

redaktə
  • 2022-ci il Avropa Çempionatı (Polşa, Raşin): 67 kq çəki dərəcəsində çıxış edən Ravin, birdən qaldırmada 126 kq, təkanla qaldırmada 158 kq nəticə göstərərək toplam 284 kq ilə qızıl medal qazanmışdır. Bu nəticə ilə qızıl medala layiq görülmüşdür. Bu nəticə ilə o, yeniyetmələr arasında yeni Avropa rekorduna imza atmışdır.[2]
  • 2023-cü il Dünya Birinciliyi (Albaniya, Dürres): 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız, birdən qaldırmada 136 kq, təkanla qaldırmada isə 167 kq nəticə göstərmişdir. Toplam 303 kq ilə dünya birinciliyinin gümüş medalına layiq görülmüşdür. Bu yarişda o həm Avropa, həm də dünya rekordlarını yeniləmişdir. Sonraki zamanlarda yarış haqqında təəsüratlarını Bölüşən Ravin "Yarışda ciddi rəqabət var idi. Rəqiblərim güclü idi. Bununla belə gümüş medala sahib ola bildim. Qarşıda Avropa çempionatı var. O yarışla bağlı da hədəflərim ciddidir. Yeni rekord müəyyənləşdirib, Vətənə Avropa çempionu kimi dönmək niyyətindəyəm" kimi ifadələri dilə gətirib.[1][3][4]
  • 2023-cü il Avropa Birinciliyi (Moldova, Kişinyov): 15–17 yaşlılar arasında keçirilən bu yarışda Ravin, 73 kq çəki dərəcəsində birdən qaldırmada 137 kq, təkanla qaldırmada 162 kq nəticə göstərərək toplam 299 kq ilə 3 qızıl medal qazanmışdır.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Ravin Alməmmədov: "Avropa rekordunu da yeniləmək istəyirəm"". sportline.az. İstifadə tarixi: 2025-05-30.
  2. ↑ "EUROPEAN WEIGHTLIFTING CHAMPIONSHIPS UNDER 15 & YOUTH RASZYN - POLAND 10 – 17 August 2022" (PDF). ewf.sport. August 2022. İstifadə tarixi: 2025-05-31.
  3. ↑ "2023 IWF WORLD YOUTH CHAMPIONSHIPS results book" (PDF). INTERNATIONAL WEIGHTLIFTING FEDERATION. 2023-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-05-30.
  4. ↑ "Results by Events". iwf.sport. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-30.
  5. ↑ "Result Book" (PDF). ewf.sport. July 2023. İstifadə tarixi: 2025-05-31.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ravin_Alməmmədov&oldid=8168297"
LOVE.AZ