Rayihə bint Hüseyn (ərəb. هاشم بن الحسين; 9 fevral 1986, Amman) — III İordaniya kralı I Hüseynin qızlarından biri.[1]
Rayihə bint Hüseyn | |
---|---|
ərəb. راية بنت الحسين | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1986(1986-02-09) (39 yaş) |
Doğum yeri | |
Təhsili | |
Atası | Hüseyn ibn Təlal |
Anası | Nur əl-Hüseyn (İordaniya kraliçası) |
Ailəsi | Haşimilər |
Təltifləri |
![]() ![]() |
1986-cı ildə Ammanda dünyaya gəldi.[2] Atası İordaniya kralı I Hüseyn, anası isə onun dördüncü xanımı kraliça Nur əl-Hüseyndir.[3] İlk təhsilini Ammanda aldıqdan sonra Uelsə göndərildi. Ardından Edinburq Universitetində yapon dili ixtisası üzrə təhsil aldı.[4] Daha sonra Yaponiyaya göndərildi və Ritsumekan Universitetində təhsilini davam etdirdi. 3 il boyunca burada yaşadı.
Ardından 2002-ci ildə İordaniyadakı hərbi akademiyaya daxil oldu. Ertəsi il burdakı təhsilini tamamladı və Vaşinqtona yollandı. Burada Amerikan Universitetində təhsilini davam etdirdi və 2007-ci ildə sosiologiya üzrə məzun oldu.
7 iyul 2020-ci ildə ingilis yazar Roald Dalın nəvəsi Ned Donovanla evləndi.[5][6]