"Respublika Təhsil Şurası" İctimai Birliyi (ing. Council of Education Social Consolidation) — Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birlikdir.[1]
"Respublika Təhsil Şurası" İctimai Birliyi | |
---|---|
![]() | |
Növü | İctimai Birlik |
Yaranma tarixi | 24 sentyabr, 1998 |
Qeydiyyat tarixi | 25 may, 2001 |
Mərkəzi |
![]() |
Sədr | Mehdi-zadə Samir Ramiz oğlu |
Üzvləri | 138 nəfər (aprel, 2021) |
"Respublika Təhsil Şurası" İctimai Birliyi — 24 sentyabr 1998-ci ildə, Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılmışdır. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin öz Nizamnaməsi[2] əsasında qurur. "Respublika Təhsil Şurası" İctimai Birliyi 25 may 2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qeydiyyat № 1353.[3]
"Respublika Təhsil Şurası" İctimai Birliyinin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.[4] Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Nəzarət-Təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir. Birliyin icra orqanları aşağıdakılardır:
Təşkilatın 2002-ci ildən "Təhsil və zaman" adlı qəzeti nəşr olunur.[9][10]
"Respublika Təhsil Şurası" İB-nin Facebook səhifəsi