Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2]
Reyhanlı | |
---|---|
![]() | |
39°51′53″ şm. e. 44°40′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 840 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 8 km məsafədə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Rehanlı, Rikanlı, Reyqanlu formalarında da göstərilir[5][6].
Toponim reyhanlı türk etnonimi[7] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Ayqavan qoyulmuşdur.
Burada 1918-ci ildə 442 nəfər azərbaycanlı yaşamışdır[8]. Azərbaycanlılar 1919-cu ildə deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.