. Love.az

Ricard Mayls - Wikipedia - Love.az

Ana Səhifə - Ricard Mayls

Riçard Mayls (1937, Arkanzas) — ABŞ-nin Azərbaycanda ilk səfiri (1992–1993).

Riçard Mayls
Şəxsi məlumatlar
Doğum tarixi 1937
Doğum yeri
  • Arkanzas, ABŞ
Təhsili
  • Berkli Kaliforniya Universiteti,
  • İndiana Universiteti
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Riçard Mayls 1937-ci ildə ABŞ-nin Arkanzas ştatında doğulub. 1954–1957-ci illərdə piyada korpusunda hərbi xidmət keçdikdən sonra Kaliforniya Unimversitetinin Beykersfild kollecini, daha sonra İndiana Universitetini bitirib. R.Mayls həmçinin ABŞ-nin Rusiya Hərbi İnstitutunu bitirib. 1983–1984-cü illərdə Amerika Siyasi Elmlər Akademiyasında, 1987–1988-ci illərdə Harvard Universitetinin Beynəlxalq Münasibətlər Mərkəzində təhsil alıb. 1964–1967-ci illərdə Cənubi Karolina ştatında seçicilərin maarifləndirilməsi layihəsində işləyib. 1967-ci ildən xarici siyasət sahəsidə fəaliyyətə başlayıb. ABŞ-nin Oslo, Moskva və Belqraddakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Sovet dövründə ABŞ-nin Leninqradda baş konsulu olub. Daha sonra Berlinldəki səfirlikdə xüsusi nümayəndə işləyib. 1992–1993-cü illərdə ABŞ-nin Azərbaycanda səfiri olub. Azərbaycandan getdikdən sonra, 1993–1996-cı illərdə Dövlət Departamentində Sovet və Şərqi Avropa və Yuqoslaviya məsələləri üzrə hərbi-siyasi büroda çalşııb. 1996–1999-cu illərdə ABŞ-nin Serbiyada, 1999–2002-ci illərdə Bolqarıstanda, 2002–2005-ci illərdə isə Gürcüstanda səfiri işləyib.

2005-ci ildən təqaüddədir.

İstinadlar

redaktə
  Vikianbarda Riçard Mayls ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Riçard_Mayls&oldid=7030492"
LOVE.AZ