. Love.az

Ricard Norton - Wikipedia - Love.az

Ana Səhifə - Ricard Norton

Riçard Norton (ing. Richard Norton; 6 yanvar 1950[1] – mart 2025[2], Melburn) — Avstraliya əsilli ABŞ aktyoru, kaskadyoru və döyüş sənətləri ustasıdır. Riçard Norton Dzü-do üzrə qəhvəyi kəmər, Zen Do Kay üzrə 8-ci dərəcəli qara kəmər və Karate üzrə qara kəmərə sahibdir. Əvvəllər "The Rolling Stones" musiqi qrupu, müğənni Devid Boui, aktyor Con Beluşi və bir çox məşhurların yanında qoruyucu kimi çalışmışdır. Riçard Norton Çak Norris, Sintiya Rotrok və Ceki Çanın yaxın dostlarından biridir.

Riçard Norton
ing. Richard Norton
Doğum tarixi 6 yanvar 1950(1950-01-06)[1]
Vəfat tarixi mart 2025[2] (75 yaşında)
Vəfat yeri
  • Melburn, Viktoriya, Avstraliya
Vətəndaşlığı Avstraliya Avstraliya
ABŞ ABŞ
Həyat yoldaşı Cudi Qrin (1993)
Fəaliyyəti aktyor, film prodüseri, kino aktyoru, karateçi, model[d], kikboksçu, televiziya aktyoru, kaskadyor
Fəaliyyət illəri 1980-ci ildən
IMDb ID0636280
richardnorton.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seçilmiş filmoqrafiya

redaktə
İl Film Orijinal adı Rol
1980 Oktaqon The Octagon kaskadyor
1985 Amerikalı nindza The American Ninja kaskadyor
1985 Mənim xoşbəxt ulduzlarım 2 My Lucky Stars 2 Qafqaz killeri
1986 Millionerlərin ekspresi Millionaire’s Express Bandit
1986 Sehrli kristal The Magic Crystal Karov
1989 Döyüşçü The Fighter Rayan Trevers
1990 Çayna O’Brayen China O’Brien Mett Konroy
1990 Çayna O’Brayen 2 China O’Brien 2 Mett Konroy
1992 Ledi əjdaha Lady Dragon Lüdvik Hauptman
1992 Qürur və qəzəb Rage And Honor Preston Mayklz
1993 Şəhər ovçusu City Hunter MakDonald
1997 Cənab yaxşı oğlan
1998 Robin Hudun yeni macəraları The New Adventures of Robin Hood filmdəki döyüşləri hazırlayan horeoqraf
2005 Stels Stealth kaskadyor

İstinadlar

redaktə
  1. ↑ 1 2 Richard Norton (actor) // SNAC (ing.). 2010.
  2. ↑ 1 2 R.I.P. Richard Norton- A True Pioneer in the Martial Arts & Action Cinema.

Xarici keçidlər

redaktə
  • Riçard Norton — IMDb səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Riçard_Norton&oldid=8085518"
LOVE.AZ