. Love.az

Ricard Vollheym - Wikipedia - Love.az

Ana Səhifə - Ricard Vollheym

Riçard Vollheym (5 may 1923[1][2], London – 4 noyabr 2003[1][2]) — Təsviri incəsənət, xüsusilə də rəssamlıq sahəsinin ağıl və duyğular istiqamətində aparmış olduğu tədqiqatlar ilə tanınan ingilis filosofu idi. Riçard Vollheym 1992-ci ildən 2003-cü ildəki ölümünə qədər Britaniya Estetik Cəmiyyətinin prezidenti vəzifəsində işləmişdir.

Riçard Vollheym
Doğum tarixi 5 may 1923(1923-05-05)[1][2]
Doğum yeri
  • London, London qraflığı[d], İngiltərə, Birləşmiş Krallıq
Vəfat tarixi 4 noyabr 2003(2003-11-04)[1][2] (80 yaşında)
Əsas maraqları fəlsəfə

Onun yazdığı“İncəsənət və onun obyektləri” adlı əsər XX əsrdə ingilis dilində yazılmış estetika üzrə ən təsirli əsərlərdən biri hesab edilir. O 1965-ci ildə qələmə aldığı "Minimal Art" adlı məqaləsində bu termindən birinci dəfə olaraq istifadə etmiş, lakin sonradan bu terminin geniş yayılması ilə bu ilkin istifadədən uzaqlaşmışdır. Vollheym incəsənət fəlsəfəsi ilə bağlı aparmış olduğu tədqiqatlarından əlavə olaraq, xüsusilə Ziqmund Freydin dərinlik psixologiyası istiqamətli fəlsəfi yanaşmaları ilə tanınırdı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 Richard Wollheim // Internet Philosophy Ontology project (ing.).

Əlavə ədəbiyyat

redaktə
  • Budd, Malcolm. "Richard Arthur Wollheim, 1923–2003" (PDF). Proceedings of the British Academy. 130. 2005: 227–246.

Xarici keçidlər

redaktə
  • The Richard Wollheim Centenary Project
    • Vanessa Brassey (dir.), ‘The Richard Wollheim Centenary Film’ (5 August 2024).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Riçard_Vollheym&oldid=8123928"
LOVE.AZ