Rita Cəmil qızı Əmirbəyova (d. 30 avqust 1955) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti.
Rita Əmirbəyova | |
---|---|
Rita Cəmil qızı Əmirbəyova | |
Doğum tarixi | 30 avqust 1955(1955-08-30) (69 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Uşağı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1975-indiyədək |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
IMDb | ID5130118 |
Rita Əmirbəyova 30 avqust 1955-ci ildə Bakıda anadan olub.[1] O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini (Cənnət Səlimovanın kursunu) bitirmişdir.[1]
Rita Əmirbəyova 1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır.[1] Aktrisa teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini nümayiş etdirə bilir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi kinofilmlərə də çəkilmişdir.