. Love.az

Rizvan Cebiyev - Wikipedia - Love.az

Ana Səhifə - Rizvan Cebiyev

Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Rizvan Cəbiyev
Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı
26 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1940(1940-12-05) (84 yaş)
Doğum yeri
  • Axtaçı, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20052005
"Tərəqqi" medalı — 20172017

Həyatı

redaktə

Rizvan Cəbiyev 1940-cı il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Rus dilini bilir.

Rizvan Cəbiyev ailəlidir, üç övladı var. Mərhum reper Anar Nağılbazın atasıdır.

Fəaliyyəti

redaktə

1995-ci il noyabrın 26-da baş tutan parlament seçkilərində 72 nömrəli Kürdəmir dairəsindən bitərəf namizəd olan Rizvan Cəbiyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 72 saylı Kürdəmir dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rizvan Cəbiyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin Müdafiə məsələləri Daimi Komissiyasının, Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]

Rizvan Cəbiyev Azərbaycan Respublikası Prezidenti 21 iyul 2005-ci il tarixli 925 nömrəli Sərəcamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına[5] layiq görülüb, 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə[6] təltif edilib.

İstinadlar

redaktə
  1. ↑ "I çağırış Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF). 1995-11-24. 2020-08-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-26.
  2. ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı". 1997-03-07. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  3. ↑ "II çağırış Azərbaycan Milli Məclisinin Müdafiə məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF). 2000-11-30. 2020-08-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-24.
  4. ↑ "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı". 2000-11-30. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  5. ↑ "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2005-07-21. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  6. ↑ "Azərbaycanın ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı". 2017-11-18. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rizvan_Cəbiyev&oldid=7761907"
LOVE.AZ