Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Rizvan Nəcəf oğlu Hüseynov (21 may 1973, Bakı) — Azərbaycan tarixçisi, siyasi analitik, hərbi ekspert, müstəqil jurnalist, Qafqaz Tarixi Mərkəzinin direktoru.[1][2][3]
Rizvan Hüseynov | |
---|---|
Rizvan Nəcəf oğlu Hüseynov | |
Doğum tarixi | 21 may 1973(1973-05-21) (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | tarix |
İş yerləri | AMEA Hüquq və İnsan Haqları İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universitetinin Tarix fakültəsi |
Mühüm layihəsi | "Günəşin axtarışında" |
Üzvlüyü | UNESCO |
Mükafatları |
![]() |
rizvanhuseynov.com |
Rizvan Nəcəf oğlu Hüseynov 1973-cü il may ayının 21-də Bakı şəhərində anadan olub. 1990–1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alaraq bakalavr dərəcəsi qazanıb.
1992–1995-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Daxili Qoşunlarda və Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçib. 1995–2003-cü illərdə Mühafizə Baş İdarəsində və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edib. 2004–2005-ci illərdə "Caspian Shipyard Company" neft şirkətinin özəl xidməti mühafizəsində çalışıb. Kapitan rütbəsini daşıyır.
2005-ci ildən jurnalistika, 2011-ci ildən isə elmi tədqiqatlarla məşğuldur. AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisidir. 2005–2006-cı illərdə "Obozrevatel" qəzetində siyasi şərhçi, 2006–2007-ci illərdə isə "Novosti-Azərbaycan" informasiya agentliyində jurnalist kimi çalışıb. 2007–2011-ci illərdə "1NEWS" xəbər agentliyində siyasi şərhçi olub.
2011-ci ildən etibarən elmi-tədqiqat fəaliyyətinə tamamilə yönəlib. 2014-cü ildən Qafqaz Tarixi Mərkəzinin direktorudur.[1][2] Bu vəzifədə Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, Avropa, Qazaxıstan və Özbəkistandan olan ekspertlər və sülhməramlıların iştirakı ilə bir sıra sülhməramlı layihələr və tədbirlər həyata keçirib.
Rizvan Hüseynov "Azərbaycan Vətən müharibəsi Veteranları" Birliyinin Mərkəzi aparatının fəxri üzvüdür və UNESCO-nun assosiativ professorudur. Mühüm layihələrindən biri Beynəlxalq işçi qrupu "Günəşin axtarışında"dır.[4] 2018-ci il dekabrın 25-də Gürcüstanda "Ümumi Qafqaz Evi" sülhməramlı qeyri-hökumət təşkilatı yaradılıb və onun sədri Rizvan Hüseynov seçilib.
2015-ci ildən mənəvi ənənələrin komparativ tədqiqatlarına və onların mədəniyyətlərarası və dinlərarası dialoqun xüsusiyyətlərinə görə UNESCO kafedrasının Şimali Qafqaz bölməsinin dosenti seçilib. Rizvan Hüseynov həmçinin "Tarixin Tənələri" televiziya layihələrinin və bir neçə filmin müəllifidir. Rizvan Hüseynov vaxtaşırı çoxsaylı layihələrinin proqramlarına dəvət olunur və dünyada baş verən hadisələrin tarixi-siyasi və ekspert təhlili aparır.
2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibinə seçilib.[5]
Evlidir, iki övladı var.
Rizvan Hüseynov Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisidir. O, bir neçə kitabın müəllifi olmaqla yanaşı, Azərbaycanın tarixi, Ermənistan–Azərbaycan münaqişəsi və Cənubi Qafqazın geosiyasəti üzrə 250-dən çox elmi və publisistik məqalə qələmə alıb. Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin arxivlərində elmi araşdırmalar aparıb və hazırda bu fəaliyyətini davam etdirir.
Rizvan Hüseynovun "Qafqazda Azərbaycan və erməni məsələsi" adlı monoqrafiyası xarici ali məktəblərin bir sıra tədris kurslarına daxil edilib. Həmin monoqrafiya Azərbaycan Prezidentinin Kitabxanasında, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında, müxtəlif ölkələrin Kkitab evlərində, həmçinin ABŞ və Avropanın ali məktəblərinin kitabxana fondlarında yer alıb. Monoqrafiya "Orient-Institut Istanbul", ABŞ Konqresinin Kitabxanası (Library of Congress), Harvard Universitetinin Kitabxanasında (Harvard University), Harvard College Library, "Princeton University Library", "Stanford University Libraries", Ohayo Universitetinin Kitabxanalarında (Ohio State University Libraries), İndiana Universitetinin Kitabxanasında (Indiana University), Kaliforniya Universitetinin Kitabxanasında (University of California), "Martin Luther University of Halle-Wittenberg" və digər nüfuzlu kitabxanalarda mövcuddur.
Bir sıra televiziya layihələrin və eləcə də sənədli-tarixi filmlərin müəllifidir.