. Love.az

Rizvan Pasayev - Wikipedia - Love.az

Ana Səhifə - Rizvan Pasayev

Paşayev Rizvan Teymur oğlu (25 dekabr 1949, Qubadlı rayonu – 22 oktyabr 2007, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Rizvan Paşayev
Rizvan Teymur oğlu Paşayev
Doğum tarixi 25 dekabr 1949(1949-12-25)
Doğum yeri
  • Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 oktyabr 2007(2007-10-22) (57 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adı
  • professor

Həyatı

redaktə

Rizvan Paşayev 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdur. Orta məktəbi Zəngilan rayonunda bitirmiş, 1968–1974-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxumuşdur. Təhsilini başa vurduqdan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləməyə başlamışdır. Əvvəlcə hesablama maşınları laboratoriyasının müdiri, sonra isə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 1989–2000-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilmişdir.

1998-ci ildə Rusiyanın Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

R. Paşayevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif olunmuş, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

2002-ci ildə yeni yaradılmış "İqtisadi informatika" kafedrasına müdir, 2005-ci ildə isə yenidən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə dekan seçilmişdir.

80-dən çox elmi əsərin müəllifidir, bunlardan 6-sı dərs vəsaitidir. Onun rəhbərliyi ilə 5 nəfər fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

Fizika-riyaziyyat elmləri doktoru, professor Rizvan Paşayev 58 yaşında vəfat etmişdir.

Mənbə

redaktə
  • Fizika-riyaziyyat elmləri doktoru, professor Rizvan Paşayev 58 yaşında vəfat etmişdir
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rizvan_Paşayev&oldid=7337507"
LOVE.AZ