Rizvan gücü (ərəb. فوج الحاج رضوان, Fəvc əl-Həcc Rədvan, hərf. "Hacı Rizvan alayı") — "Hizbullah"ın xüsusi əməliyyat qüvvələri bölməsi. Onun əsas missiyası Qalileya və İsrailin şimalına xüsusi diqqət yetirməklə İsrail ərazisinə sızmaqdır.[1]
Rizvan gücü | |
---|---|
فوج الحاج رضوان | |
![]() | |
Ölkə | |
![]() |
"Hizbullah" 1990-cı illərdən bu gün "Rizvan gücü"nün bir hissəsi olan xüsusi təyinatlı döyüşçülərə təlim keçmişdir. Onların basqınlarda və kiçik birləşmə taktikalarında[2] xüsusi təcrübələri var və "Hizbullah"a görə, "dərin sızma tələb edən pusqular, sui-qəsdlər və ya əməliyyatlar" həyata keçirirlər.[3]
2008-ci ilin aprelindən əvvəl "Hizbullah"ın xüsusi bölməsi "Sürətli Müdaxilə Qüvvələri" və ya "Müdaxilə Birləşməsi" kimi tanınırdı. İmad Muğniyənin öldürülməsindən sonra birləşmə Muğniyənin əməliyyat adı olan "Hacı Rizvan"ın (الحاج رضوان) şərəfinə adlandırılmışdır.[1][4]