. Love.az

Robber Suman - Wikipedia - Love.az

Ana Səhifə - Robber Suman

Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952)

Robber Şuman
fr. Robert Schuman
Doğum tarixi 29 iyun 1886
Doğum yeri Lüksemburq, Fransa
Vəfat tarixi 4 sentyabr 1963 (77 yaşında)
Vəfat yeri Mets, Fransa
Təhsili
  • Strasburq Universiteti,
  • Bonn Universiteti,
  • Humboldt adına Berlin Universiteti,
  • Münhen Lüdviq-Maksimilian Universiteti
Fəaliyyəti siyasətçi, diplomat, vəkil
Mükafatları Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany (Almaniya) Knight of Pius IX (Vatikan)
Charlemagne Prize — 1958
İmza
robert-schuman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub[1]. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və Birinci Dünya müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi.

R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb.

1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.

1948-1952-ci illərdə xarici işlər naziri, 1955-1956-cı illərdə ədliyyə naziri olub.

1958-60 illərdə Avropa Birliyinin məsləhət assambleyasının sədri olub.

R.Şuman 1963-cü il sentyabrın 4-də Mets şəhərində vəfat edib.

Hazırda Avropa İttifaqında yaşayan insanlar R.Şumanı 1950-ci ildə irəli sürdüyü plana görə minnətdarlıq hissi ilə yad edirlər.

İstinadlar

redaktə
  1. ↑ "Köhnə qitə "Avropa Günü"nü qeyd edir". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Robber_Şuman&oldid=8000328"
LOVE.AZ