. Love.az

Rojava Munaqisesi - Wikipedia - Love.az

Ana Səhifə - Rojava Munaqisesi

Rojava münaqişəsi və ya Rojava inqilabı — Suriyanın şimalında baş verən siyasi çevriliş və hərbi münaqişə.

Rojava münaqişəsi
Yeri
  • Əl-Həsəkə mühafazası
  • Hələb mühafəzəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2011-ci ildə başlayan Suriyada vətəndaş müharibəsi zamanı Demokratik Birlik Partiyasının rəhbərlik etdiyi kürdlərin çoxluq təşkil etdiyi koalisiya, eləcə də bəzi digər kürd, ərəb, aysor və türkmən qrupları de-fakto muxtar regionun yaradılması üçün yeni konstitusiya yaratmağa cəhd göstərmişdilər, hərbi qanadlar və müttəfiq milislər regiona nəzarəti saxlamaq üçün mübarizə aparmışdılar. Bu, 2016-cı ildə Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının (ŞŞSMA) yaradılmasına səbəb olmuşdur[1]

ŞŞSMA-nın tərəfdarları bildirirlər ki, hadisələr həm döyüş meydanında, həm də yeni formalaşmış siyasi sistemdə qadınların oynadığı mühüm rola malik sosial inqilab,[2] həmçinin libertarian sosializmin bir forması olan, desentralizasiya, gender bərabərliyi və birbaşa demokratiya vasitəsilə yerli idarəetmə ehtiyacının ödənilməsini tələb edən demokratik konfederalizmin həyata keçirilməsidir.[2][3]

Həmçinin bax

redaktə
  • Suriya Demokratik Qüvvələri

İstinadlar

redaktə
  1. ↑ Schmidinger, Thomas. Krieg und Revolution in Syrisch-Kurdistan: Analysen und Stimmen aus Rojava.
  2. ↑ 1 2 Enzinna, Wes. "A Dream of Secular Utopia in ISIS' Backyard". The New York Times. 24 November 2015. 28 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2015.
  3. ↑ "Rojava, Syria: A revolution of hope and healing". The Vancouver Observer (ingilis). 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rojava_münaqişəsi&oldid=7507378"
LOVE.AZ