. Love.az

Romuva Din - Wikipedia - Love.az

Ana Səhifə - Romuva Din

Romuva və ya Qədim Baltik Dini İcması (lit. Senovės baltų religinė bendrija[1]) — Litvalıların neopaqan icması. Onun əsası XX ərdə qoyulmuşdur. 2024-cü ildə Romuva Litva dövləti tərəfindən "ənənəvi dini icma" statusu almışdır.

Romuvanın rəmzlərindən biri

Mündəricat

  • 1 Etimologiya
  • 2 Tarixi
    • 2.1 Litvada tarixi paqanizm və onun xristianlaşması
    • 2.2 Romantizm və dirçəliş
    • 2.3 Sovet işğalı
    • 2.4 Müstəqilliyin bərpa olunmasından sonra
  • 3 Mənbələr
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Etimologiya

redaktə

Romuva sözü (həmçinin Romovė və Ruomuva şəkildə yazılır) əsrlərə aid yazılı mənbələrdə qeyd olunmuş, Şərqi Prussiya ərazisində yerləşən Romove (Romovė, Romow) adlı Baltik məbədinin adından gəlir.[2] Bu sözün mənası "məbəd" və "daxili sülhün məskəni" idi.[3] Baltik dillərində ram-/rām- kökü[4] "sakit" mənasını daşıyır. O, Proto-Hind-Avropa dilinin rekonstruksiya edilmiş *h₁rem- kökündən gəlir[5] (beləliklə o, Azərbaycan dilindəki aram sözü ilə eyniköklüdür).

Tarixi

redaktə

Litvada tarixi paqanizm və onun xristianlaşması

redaktə

Tarixi Baltik dini (lit. Baltų religija; latış. Baltu reliģija‎ - Baltik din və ya lit. Senasis baltų tikėjimas - köhnə Baltik inanc) adətləri müxtəlif daxili və xarici təsirlər altında inkişaf edirdi. Bölgəyə gələn ən erkən xristian missionerlər haqqında məlumat IX əsrə aid mənbələrdə qeyd olunur. XI əsrdən başlayaraq, Baltlar xristianlarla daha sıx təmasda olmağa başlamışdılar. Kvedlinburq salnamələridə (lat. Annales Quedlinburgenses) Bruno fon Kerfrutun Litva və Prussiyada həyata keçirdiyi missiya təsvir olunur. Həmin missiya zamanı o, yerli paqanlara Xristianlığı qəbul etdirirdi. 1009-cu ildə fon Kerfrut 18 yoldaşı ilə birgə Yatvyaqlar tərəfindən öldürülmüşdür. 1199-cu ildən Roma Katolkik Kilsəsi Baltik dənizi sahillərində yaşayan paqanlara qarşı xaç yürüşlərinə çağırmağa başlayıb.[6]

1251-ci ildə Böyük Litva Kyazı Mindauqas Xristianlığı qəbul etmişdi. Lakin, İpati salnaməsinə görə, o, buna baxmayaraq, hələ də paqan tanrılara ibadət etməyə davam edirdi. O, Ali tanrıya, Perkunas, Teləvelis və Jvoruna üçün qurbanlıq verirdi. 1261-ci ildə, Mindauqas rəsmən Xristianlıqdan imtina etmişdi. O dövrdə, Tevton ordeninin hücumlarına baxmıyaraq, Böyük Litva Knyazlığı "paqan imperiya" kimi böyümüşdü.[7][8][9]

Tarixi Baltik dini 1387-ci ilinə qədər Böyük Litva Kyazlığının rəsmi dini idi. 1386-cı ildə Yaqaylo Xristianlığı qəbul edib və Polşanın Kralı olub. 1387-ci ildə, o Vilnüsdə Litvalıları vəftiz etdirmişdi. Məhz bu il, Litvalılar üçün rəsmən vəftiz tarixi sayılır, çünki bundan əvvəlki Mindauqas vəftizindən sonra, Litva paqan ölkə olmağa davam edirdi.[8]

Beləliklə, XIV əsrdə Litva Xristianlığı qəbul edən və paqanizmdən imtina edən son Avropa dövləti olmuşdu.[9] Xristianlığın qəbulundan sonra, Baltik dininin vacibliyi tədricən azalıb. Köhnə dindən ayrılış nəciblərdə (lit. bajorai) daha erkən baş vermişdi.[10] Kədlilər arasında isə, özəlliklə Jemaytiyada paqan əməllər davam edirdi və XVII əsrin ikinci yarısına qədər qeydə alınırdı.[11]

Romantizm və dirçəliş

redaktə

XIX əsrdə romantizmin təsiri altında olan Litva ziyalıları paqanizmi və folkloru ideallaşdırmağa başlamışdılar.[12] Xalq arasında paqan adətləri saxlanılıb. Məsələn, bayramlar zamanı paqan və xrisian adətləri qarışıq şəkildə tədbiq olunur.[13][14] Fəlsəfəçi Vidunasın (Vilhelmas Storosta) yazılarında köhnə Baltik dini məsələsi vurğulanırdı. Romuvada o, bu dinin banilərindən biri sayılır.[15]

Sovet işğalı

redaktə

1967-ci ildə Yonas Trinkunas "Ramuva" adlı etno-mədəni tarixi cəmiyyəti təsis etmişdi.[16] 1973-cü DTK onun fəaliyyətini Litva millətçiliyin və antisovet propaqandası kimi qiymətləndirmişdi. Trinkunas Universitetini tərk etməli məcbur olub və ona araşdırıcı fəaliyyəti ilə məşğul olmaq qadağan edildi.[17]

Müstəqilliyin bərpa olunmasından sonra

redaktə

Litva müstəqilliyini bərpa etdikdən sonra, Romuva artıq daha çox mədəni yox, dini qurum kimi fəaliyyət göstərməyə başlamışdı.[18] 1992-ci ildə Romuva Litva dövləti tərəfindən dini icma olaraq tanınmışdı. 2002-ci ildə Vilnüs, Kaunas və Moletai Romuva icmaları Qədim Baltik Dini İcması ilə birləşmişdi. 2003-cü ildə isə, baxışlarındaki fərqliliklər səbəbilə Druwi adlı icma Romuvadan ayrılmışdı.[19]

2018-ci ilin mayın 24-də Litva Seimasında Romuvanı ənənəvi din kimi tanıması haqqında təklif təqdim olunub.[20] 2019-cu ilin iyunuda, bu təklif qəbul olunmamışdı. Qanuna görə, təkrar təklif ancaq on il sonra təqdim oluna bilərdi. Təklifə əsasən Ata Yurdu İttifaqı - Xristian Demokratlar partiyası və xüsusilə Jiqimantas Pavilönis etiraz etmişdi.[21] Romuva bu qərara qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdi. 2021-ci ilin iyunuda, məhkəmənin yekdil qərarına görə, Seimasın hərəkəti tərəfsizlik prinsipini pozmuşdu və Romuvaya üç ay sonra yenidən tanınmaq üçün müraciət etməyə icazə verilmişdi.[22] 2024-cü ilin dekabrın 12-də, Seimas Romuvanı ənənəvi din icması kimi tanımışdır.[23]

Mənbələr

redaktə
  • Dundzila, Vilius Rudra; Strmiska, Michael F. Romuva: Lithuanian Paganism in Lithuania and America // Strmiska, Michael F. (redaktor). Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. 2005. ISBN 9781851096084.
  • Ignatow, Gabriel. Cultural Heritage and the Environment in Lithuania // Transnational Identity Politics and the Environment. Lexington Books. 2007. ISBN 978-0739120156.

İstinadlar

redaktə
  1. ↑ "Kontaktai | Romuva". romuva.lt. 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
  2. ↑ Dundzila & Strmiska (2005), p. 246.
  3. ↑ Ignatow (2007), p. 102.
  4. ↑ Vykintas Vaitkevičius. Alkai: baltų šventviečių studija. Lietuvos istorijos institutas, Diemedžio leidykla. 2003. ISBN 9986231132. p. 267.
  5. ↑ Sergei Anatolyevich Starostin. "*(e)remǝ-". Indo-European etymology.
  6. ↑ Dundzila, Vilius Rudra (2007). „Baltic Lithuanian Religion and Romuva“. Tyr 3. Ultra Press. ISBN 978-0-9720292-3-0..-p.287
  7. ↑ Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084.- P.242
  8. ↑ 1 2 Mindaugo atsimetimas nuo krikščionijos VU: LDK istorija
  9. ↑ 1 2 Lietuvos krikštas: krikščioniškos Europos atbaiga VU: LDK istorija
  10. ↑ Eds. Ališauskienė, M. Schröder, I.W. 2011. Religious Diversity in Post-Soviet: Society Ethnographies of Catholic Hegemony and the New Pluralism in Lithuania. Chapter 6. Romuva Looks East: Indian Inspiration in Lithuanian Paganism Strmiska, Michael F. page 128. Surrey: Ashgate. ISBN 978-1-4094-0912-0.
  11. ↑ Lietuvių religija ir mitologija: sisteminė studija. Vilnius: Tyto alba, 2019.
  12. ↑ Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084., p. 244.
  13. ↑ Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084., p. 258–270.
  14. ↑ Dundzila, Vilius Rudra (2007). „Baltic Lithuanian Religion and Romuva“. Tyr 3. Ultra Press. ISBN 978-0-9720292-3-0., p. 321.
  15. ↑ Dundzila, Vilius Rudra; Strmiska, Michael F. (2005). „Romuva: Lithuanian Paganism in Lithuania and America“. In Strmiska, Michael F. Modern Paganism in World Cultures: Comparative Perspectives. ABC-CLIO. ISBN 9781851096084. P.361
  16. ↑ Nerija Putinaitė. „Nugenėta pušis. Ateizmas kaip asmeninis apsisprendimas tarybų Lietuvoje“ Židinys, 2015 (knygos ištrauka delfi.lt)
  17. ↑ Интервью с Инией Тринкуниен, Верховной Жрицей Ромува (Перевод) Arxiv surəti 8 aprel 2019 tarixindən Wayback Machine saytında (rus.)
  18. ↑ "Senovės baltų tikėjimas sparčiai plinta". delfi.lt. 2014-07-09. 2016-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-02.
  19. ↑ Sud. M. Ališauskienė „Religijų įvairovė Lietuvoje: portretai, kasdienybė ir šventės“ Pranskevičiūtė R., Aleknaitė E. Šiuolaikinė pagonybė Lietuvoje. VDU, Versus aureus, 2014 m.
  20. ↑ "Seimas to discuss granting state recognition to Lithuanian Neopagans". delfi.lt (ingilis). Delfi. BNS. 2018-05-25. İstifadə tarixi: 2024-03-12.
  21. ↑ Andrukaitytė, Milena. "Seime neužteko balsų neopagonims suteikti valstybės pripažinimą" (litva). BNS via Delfi.lt. 2019-06-27. İstifadə tarixi: 2021-06-22.
  22. ↑ BNS. "Neopagans could reapply for recognition in three months' time". 2021-06-13. İstifadə tarixi: 2021-06-22.
  23. ↑ Skėrytė, Jūratė. "Senovės baltų religinei bendrijai „Romuva" suteiktas valstybės pripažinimas". Lrt.lt. 2024-12-12. İstifadə tarixi: 2024-12-12.

Xarici keçidlər

redaktə
  • Romuva.lt
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Romuva_(din)&oldid=8091225"
LOVE.AZ