. Love.az

Rossi Forel Skalasi - Wikipedia - Love.az

Ana Səhifə - Rossi Forel Skalasi

Rossi-Forel şkalası — zəlzələ intensivliyi şkalası. XIX əsrin ortalarında İsveçrədə və İtaliyada zəlzələlərin gücünü qiymətləndirmək üçün istifadə olunub.

Mündəricat

  • 1 Haqqında
  • 2 Zəlzələlərin intensivliyi
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların Yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər. Əslində bu müqayisədə insan hissiyatına əsaslanan çox böyük subyektivlik və qeyri-müəyyənlik var idi. Məsələn, insanlar onların evlərini ciddi zədələyən zəlzələni, yüngül hiss olunan zəlzələdən güclü hesab edirdilər. Halbuki, daha güclü zəlzələ sadəcə uzaq olduğuna görə zəif hiss edilə bilərdi. Bütün bunlara baxmayaraq, hələ XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühitə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası italiyalı Mişel Stefano Konte de Rossi və isveçrəli Fransua-Alfons Forel tərəfindən hazırlanmışdır. Rossi-Forel (RF) şkalasına görə, seysmik titrəyişlər intensivliklərinə görə 10 dərəcəyə bölünürlər. 1902-ci ildə Merkalli intensivlik şkalası tətbiq olunana qədər təxminən iyirmi il ərzində istifadə edilmişdir.[1]

Zəlzələlərin intensivliyi

redaktə

Bu miqyasda zəlzələlər güclərinə görə aşağıdakı on sinifə bölünür:

  • 1 bal İnsanlar tərəfindən qəbul edilməyən və yalnız həssas seysmoqraflar tərəfindən aşkar edilən mikroskopik vibrasiyalar;
  • 2 bal Seysmoqraflar tərəfindən qeydə alınan və bəzi insanlar tərəfindən hiss edilən son dərəcə zəif sarsıntı;
  • 3 bal İnsanların əksəriyyəti tərəfindən hiss edilən çox zəif sarsıntı;
  • 4 bal Torpağın zəif silkələnməsi, hərəkətdə olan insanlar tərəfindən hiss edilən və fiziki fəaliyyət vəziyyəti (pəncərə şüşəsinin cingiltisi);
  • 5 bal Hamı tərəfindən hiss edilən vasat vibrasiyalar (mebel və çarpayıların titrəməsi);
  • 6 bal Həssas zərbələr (bütün yatmış insanları oyatmaq, saatı dayandırmaq, ağacların xışıltısı);
  • 7 bal Güclü zərbələr (cisimlərin aşması, böyük zənglərin çalınması);
  • 8 bal Çox güclü təsirlər (divarlarda çatların əmələ gəlməsi, bacaların dağıdılması, kiçik dağıntılar);
  • 9 bal Son dərəcə güclü təsirlər (binaların ayrı-ayrı hissələrinin və ya bütün strukturların məhv edilməsi);
  • 10 bal Qeyri-adi təsirlər (dağlarda Yer qabığında, mağaralarda sürüşmələr, ümumi dağıntılar, çatlar).

Həmçinin bax

redaktə
  • AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
  • Zəlzələlərin təsnifatı
  • Moment maqnitud şkalası
  • Rixter şkalası
  • Merkalli şkalası
  • Medvedyev-Şponhoyer-Karnik şkalası

İstinadlar

redaktə
  1. ↑ "Seysmologiyanın əsas elementləri". ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • Rossi–Forel scale
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rossi-Forel_şkalası&oldid=7522712"
LOVE.AZ