. Love.az

Rostov Na Donuda Teyyare Qezasi 19 Mart 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Rostov Na Donuda Teyyare Qezasi 19 Mart 2016

Rostov-na-Donuda təyyarə qəzası — 19 mart 2016-cı ildə Dubay beynəlxalq hava limanından uçan Boeing 737 tipli təyyarənin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması. Rostov-na-Donu şəhərində qəzaya uğrayan "Flydubai" aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.

Rostov-na-Donuda təyyarə qəzası
Ümumi məlumatlar
Tarix
  • 19 mart 2016
Qəza növü İkinci eniş zamanı qəza
Yer Rostov-na-Donu, Rusiya
Koordinatlar 47°15′50″ şm. e. 39°49′44″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Sərnişin sayı 55
Komanda 7
Yaralı sayı 0
Ölü sayı 62
Təyyarə
Təyyarə modeli Boeing 737
Havayolu şirkəti Flydubai
Qalxma yeri Dubay
İstiqamət Rostov-na-Donu
Uçuş nömrəsi FZ-981
Qeydiyyat nömrəsi FZ981, FDB981
A6-FDN
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub[1].

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) təyyarənin qara qutusunu tədqiq etdikdən sonra yaydığı məlumata görə, "təyyarənin “qara qutu”sunu tam tədqiq olunduqdan və analiz edildikdən sonra belə nəticəyə gəlinib ki, laynerin heç bir sistemində kiçik də olsa nasazlıq yaranmayıb. Təyyarə həm uçuşa başlarkən, həm də eniş edərkən saz vəziyyətdə imiş"[2].

Heyət üzvləri və sərnişinlər

redaktə
Vətəndaşlıq Sərnişin Heyət Cəmi
  Rusiya 44 1 45
  Ukrayna 8 0 8
  Hindistan 2 0 2
  Özbəkistan 1 0 1
  Yunanıstan 0 1 1
  İspaniya 0 1 1
  Kipr 0 1 1
  Qırğızıstan 0 1 1
  Kolumbiya 0 1 1
  Seyşel adaları 0 1 1
Cəmi: 55 7 62

Flydubai şirkətinin məlumatlarına görə sərnişinlərdən 33 nəfəri qadın, 18 nəfəri kişi, 4 nəfəri uşaqdır.

İstinadlar

redaktə
  1. ↑ "Rusiyada dəhşətli təyyarə qəzası" (azərb.). lent.az. TASS. 19 mart 2016. 2016-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2016.
  2. ↑ ""Qara qutu" sirri açdı: Rostovda qəzaya uğrayan təyyarə saz vəziyyətdə olub" (azərb.). lent.az. APA. 29 mart 2016. 2016-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.

Xarici keçidlər

redaktə
  Vikianbarda Rostov-na-Donuda təyyarə qəzası ilə əlaqəli mediafayllar var.
  • Official statements Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine from Flydubai airline  (ing.)/ (ərəb.)/ (rus.)
  • Official list of victims Arxivləşdirilib 2016-03-22 at the Wayback Machine from EMERCOM  (ing.)
  • Official profile of the accident investigation from the Dövlətlərarası Aviasiya Komitəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rostov-na-Donuda_təyyarə_qəzası_(19_mart_2016)&oldid=7996997"
LOVE.AZ