. Love.az

Roza Esgerova - Wikipedia - Love.az

Ana Səhifə - Roza Esgerova

Roza Qasım qızı Əsgərova (15 avqust 1929, Qahab, Naxçıvan MSSR – 2009, Bakı) — Botanik, biologiya elmləri doktoru[1]

Roza Əsgərova
Doğum tarixi 15 avqust 1929(1929-08-15)
Doğum yeri
  • Qahab, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2009
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Botanik
Elmi dərəcəsi biologiya elmləri doktoru
İş yeri
  • Botanika İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti
Canlı təbiətin sistematiki
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: "Askerova".
Bu cür taksonlar IPNI saytında
Şəxsi səhifə IPNI saytında

Rosa K. Askerova VikiNövlərdə
VikiNövlərdə səhifələr

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ölümü
    • 1.2 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 Elmi fəaliyyəti
  • 4 Təsnif etdiyi taksonların siyahısıs
  • 5 Kitabları
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Əsgərova Roza Qasım qızı 15 avqust 1929-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub.[2]

Ölümü

redaktə

21 fevral 2009-cu ildə Bakı şəhərində vəfat edib.

Təhsili

redaktə

1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Fəaliyyəti

redaktə

Elmi fəaliyyəti

redaktə

Roza Əsgərova əsasən toxumlu bitkilərin təsnifatı üzrə ixtisaslaşmışdır.

1949-cu ildə Azərbaycan SSR EA-nın Botanika İnstitunda elmi katib, 1956-cı ildən elmi işçi işləmişdir. İnstitutda ali bitkilərin sistematikası şöbəsinin müdiri olub. 1979-cu ildə biologiya elmlər doktoru olub. Tədqiqatları ilk dəfə palinologiya üzrə respublikada müasir bitkilərin tozcuqlarının morfologiyasına (palinomorfologiya) və onun sistematikada tətbiqinə (palinosistematika), kasnıkimilər yarımfəsiləsinin palinologiyasının öyrənilməsinə həsr edilmişdir. Kadrların hazırlanmasında xidməti var. Bir monoqrafiyanın müəllifi, 80-ə qədər elmi məqalənin müəllifidir. III Beynəlxalq palinologiya (Novosibirsk, 1971), 12-ci beynəlxalq botanika konqreslərində, mürəkkəbçiçəklər fəsiləsinə dair beynəlxalq konfransda (London, (1994) məruzə etmişdir.

Təsnif etdiyi taksonların siyahısıs

redaktə
  • triba Scolymeae Askerova, 1976[3]
  • Nepeta sosnovskyi Askerova, 1954[4]
  • Pojarkovia Askerova, 1984[5]
  • Zuvanda (F.Dvořák) Askerova, 1985[6]
  • Zuvanda crenulata (DC.) Askerova, 1985[7]
  • Zuvanda exacoides (DC.) Askerova, 1985[8]
  • Zuvanda meyeri (Boiss.) Askerova, 1985[9].[10]

Kitabları

redaktə
  • "Azərbaycan florası" (həmmüəllif). T. 7–8. Bakı., 1959–61.
  • "Azərbaycanın qırmızı kitabı"nın müəlliflərindəndir. Bakı.,1989

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Milli Ensiklopediyası". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.
  2. ↑ Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 154. ISBN 5-8066-1468-9.
  3. ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 61(7): 962 (1976).
  4. ↑ Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S. S. S. R. 16: 286 (1954). POWO
  5. ↑ Novosti Sist. Vyssh. Rast. 21: 185 (1984). (1984). POWO
  6. ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 522 (1985). POWO
  7. ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 523 (1985). POWO
  8. ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 524 (1985). POWO
  9. ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 523 (1985)
  10. ↑ "Arxivlənmiş surət". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Roza_Əsgərova&oldid=8052672"
LOVE.AZ