. Love.az

Rubas Cayi - Wikipedia - Love.az

Ana Səhifə - Rubas Cayi

Rubas çayı (Rubasçay) — Dağıstanın Tabasaran və Dərbənd rayonları ərazisindən axan çay. Uzunluğu — 92 km[1]-dir. Su toplayıcı hövzəsinin sahasəsi — 1180 km² təşkil edir.

Rubas çay
rus. Рубас
Ölkə  Rusiya
Mənbəyi  
 • Yüksəkliyi 2580 m
Mənsəbi Xəzər dənizi
 • Yüksəkliyi -28 m
Uzunluğu 92 km
Su sərfi 4,83 m³/san
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1180 km²
Rubas çayı (Qafqaz)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Ulluçay çayı Qafqazın fiziki xəritəsində:

41°54′09″ şm. e. 47°42′10″ ş. u.HGYO

41°56′14″ şm. e. 48°23′05″ ş. u.HGYO
DSR[rus.] 07030000312109300002096
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Hidrologiya
  • 3 Qolları
  • 4 Araşdırılma və əhəmiyyəti
  • 5 İstinadlar

Coğrafiyası

redaktə

Dağıstanın silsilələrinin şimal-şərqində, Cufu-Dağ zirvəsindən 3,4 km cənub-şərq ətəklərində yerləşən bulaqlardan başlanğıcını götürərək Xəzər dənizinə tökülür (Ərəblər kəndi).

Hidrologiya

redaktə

İlin isti və soyuq dönəmlərində suyunda azalma müşahidə edilir. Su sərfiyyatı yağışlı dövrdə artır. Yay yağışları katastrofik nəticələrə sahib olur. Orta illik su sərfiyyatı — 1,01 m³/s, maksimal isə — 59,3 m³/s təşkil edir.

Qolları

redaktə

Ən iri qolları: Afnaçay, Xanaqçay, Karçaq-su, Qamışçay. Aşağı axarda çayın suyu Samur-Dərbənd kanalı ilə birləşir.

Araşdırılma və əhəmiyyəti

redaktə

Çayın araşdırılması Xuçni və Rubas (Xoşmənzil) hidroloji məntəqələrində həyata keçirilir. Rubas kəndindən 3 km yuxarıdan Kuybişev kanalı başlayır.

İstinadlar

redaktə
  1. ↑ Ресурсы поверхностных вод СССР том 9, Закавказье и Дагестан, вып. 3, Дагестан
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rubas_çayı&oldid=6979184"
LOVE.AZ