. Love.az

Ruhin Xelilov - Wikipedia - Love.az

Ana Səhifə - Ruhin Xelilov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.

Ruhin Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 13 mart 1987(1987-03-13)
Doğum yeri
  • Məzrə, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 oktyabr 2020(2020-10-21) (33 yaşında)
Vəfat yeri
  • Qubadlı rayonu, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Ədliyyə Nazirliyi
Xidmət illəri 2020
Rütbəsi
Kapitan
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Fəxri Ədliyyə İşçisi"

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Əmək fəaliyyəti
  • 3 Hərbi xidməti
  • 4 Təltifiləri
  • 5 İstinadlar

Həyatı

redaktə

Xəlilov Ruhin Müzəffər oğlu 13 mart 1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir.[1]

Fəaliyyəti

redaktə

Əmək fəaliyyəti

redaktə

Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub. Ədliyyə kapitanı idi.

Hərbi xidməti

redaktə

İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruhin Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifiləri

redaktə
  •   (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
  • Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "İsti kabinetini soyuq səngərə dəyişən kapitan - Ədliyyə zabitinin şəhidlik YOLU". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  2. ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ruhin_Xəlilov&oldid=8122702"
LOVE.AZ