. Love.az

Ruminiya Avroviziya Mahni Musabiqesinde - Wikipedia - Love.az

Ana Səhifə - Ruminiya Avroviziya Mahni Musabiqesinde

Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.

Rumıniya
Rumıniya
Yayım hüququ TVR
Seçim tədbiri
Selecţia Naţională
  • 1994
  • 1998
  • 2000
  • 2002–2015
  • 2017–2019
Məlumat
İştirak sayı 20
Debüt müsabiqə 1994
Ən yaxşı nəticə 3-cü: 2005, 2010
Ən pis nəticə 13-cü (YF): 2019
eurovision.tv/country/ro…

Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur[1]. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır.

Mündəricat

  • 1 Təmsilçilər
  • 2 Səsvermə tarixi
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Təmsilçilər

redaktə

 Qalib  İkinci yer  Üçüncü yer  Sonuncu yer

İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1994 Rumınca Dan Bittman "Dincolo de nori" 21 14
Yarımfinal olmayıb
1998 Rumınca Melina Olinesku "Eu cred" 22 6
2000 İngiliscə Taxi "The Moon" 17 25
2002 İngiliscə Monika Anqel və Marçel Pavel "Tell Me Why" 9 71
2003 İngiliscə Nikola "Don't Break My Heart" 10 73
2004 İngiliscə Sanda "I Admit" 18 18
Birbaşa finalçı
2005 İngiliscə Luminitsa Anqel və Sistem "Let Me Try" 3 158 1 235
2006 İngiliscə, İtalyanca Mihai Traistariu "Tornerò" 4 172
Birbaşa finalçı
2007 İngiliscə, İtalyanca, İspanca,
Rusca, Fransızca, Rumınca
Todomondo "Liubi, Liubi, I Love You" 13 84
2008 Rumınca, İtalyanca Niko və Vlad "Pe-o margine de lume" 20 45 7 94
2009 İngiliscə Elena "The Balkan Girls" 19 40 9 67
2010 İngiliscə Paula Selinq və Ovi "Playing with Fire" 3 162 4 104
2011 İngiliscə Hotel FM "Change" 17 77 4 111
2012 İspanca, İngiliscə Mandinga "Zaleilah" 12 71 3 120
2013 İngiliscə Çezar "It's My Life" 13 65 5 83
2014 İngiliscə Paula Selinq və Ovi "Miracle" 12 72 2 125
2015 Rumınca, İngiliscə Voltaj "De la capăt - All Over Again" 15 35 5 89
2017 İngiliscə İlinka və Aleks Florea "Yodel It!" 7 282 6 174
2018 İngiliscə The Humans "Goodbye"
Finala keçməyib
11 107
2019 İngiliscə Ester Peoni "On a Sunday" 13 71

Səsvermə tarixi

redaktə
Rumıniyanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1   Moldova 114
2   Yunanıstan 107
3   Türkiyə 70
4   Rusiya 67
5   İsveç 66
Rumıniyanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1   Moldova 149
2   İspaniya 128
3   İsrail 96
4   Portuqaliya 65
5   Yunanıstan 60
  Malta 60

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

redaktə
  •  
    Mandinga qrupu Bakı səhnəsində (2012)
  •  
    Çezar Malmö səhnəsində (2013)
  •  
    Paula Selinq və Ovi Kopenhagen səhnəsində (2014)
  •  
    Voltaj qrupu Vyana səhnəsində (2015)
  •  
    İlinka və Aleks Florea Kiyev səhnəsində (2017)
  •  
    The Humans qrupu Lissabon səhnəsində (2018)

İstinadlar

redaktə
  1. ↑ "Romania: TVR will not participate in Eurovision 2016". esctoday. 22 aprel 2016. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.

Həmçinin bax

redaktə
  • Avroviziya Mahnı Müsabiqəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rumıniya_Avroviziya_Mahnı_Müsabiqəsində&oldid=7519581"
LOVE.AZ