. Love.az

Ruminiya Gerbi - Wikipedia - Love.az

Ana Səhifə - Ruminiya Gerbi

Rumıniya Respublikasının Dövlət Gerbi - Rumıniya parlamenti tərəfindən 10 sentyabr 1992-ci ildə qəbul edilib. Bu gerb Rumıniya krallığının kiçik gerbinə əsaslanır (1922—1947-ci illərdə istifadə edilib). Gerbin əsas elementi  — dimdiyində xaç, caynaqlarında skeptron və qılınc tutan qızıl rəngdə qartaldır. Gerbin əsas rəngləri Rumıniya bayrağındakı əks etdirən qırmızı rəng, sarı rəng və göy rənglərdir.

Rumıniya Respublikasının Dövlət Gerbi
Rumıniyanın möhür və şəxsiyyət vəsiqələri üçün istifadə edilən Dövlət Gerbi versiyası

Təsviri

redaktə

Qartalın sinəsində yerləşən lövhə Rumıniyanın beş vilayətinin tarixi rəmzləri verilib.

  • Qızıl qartal — Valaxiyanın rəmzi.
  • İbtidai öküz — Moldovanın rəmzi.
  • Şir və körpü — Olteniya və Banatın rəmzi.
  • Qara qartal, yeddi qəsr, günəş və ay — Transilvaniyanın rəmzi.
  • Delfinlər — Dobrucanın simvolu.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rumıniya_gerbi&oldid=6255625"
LOVE.AZ