Rumıniyalı Yelizaveta (rum. Regina Elisabeta de Hohenzollern-Sigmaringen; q.yun. Ελισάβετ; 12 oktyabr 1894[1], Peleș qəsri[d] – 15 noyabr 1956[1], Kann) — Rumıniya kralı I Ferdinandın qızı, Yunanıstan kraliçası.
Rumıniyalı Yelizaveta | |
---|---|
![]() | |
27 sentyabr 1922 – 25 mart 1924 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 oktyabr 1894(1894-10-12)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1956(1956-11-15)[1] (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Ferdinand (Rumıniya kralı)[1] |
Anası | Edinburqlu Mariya[1] |
Həyat yoldaşı |
|
Dini | Şərqi pravoslav kilsəsi |
![]() |
27 fevral 1921-ci ildə Yunanıstan taxt-tacının vəliəhdi Şahzadə Georqla evləndirilsə də, cütlüyün bu nigahdan övladı olmadı. Cəmi 11 gün sonra 10 martda qardaşı Karol da Yunanıstan kralının qızı Helenlə evləndirildi. Ertəsi il ərinin taxta çıxmasıyla Yunanıstan kraliçası oldu. Bu dövrdə paytaxt Afinada xeyriyyə işləriylə məşğul olan Yelizaveta, səhhətinin pisləşməsinin ardından 1923-cü ilin dekabrında əriylə birlikdə Buxarestə yollandı. Ancaq çox keçmədən 25 mart 1924-cü ildə Yunanıstanda monarxiya ləğv edildi və II Georq taxtdan endirildi.
Cütlüyün münasibətləri Rumıniyada pisləşdi və 1935-ci ildə boşandılar. Qardaşı II Karola yaxın olan Yelizaveta sevgilisi iqtisadçı Aleksandru Skanavinin tövsiyələriylə külli miqdarda şəxsi gəlir əldə etdi. İkinci Dünya müharibəsinin ardından Rumıniya Kommunist Partiyası ilə sıx əlaqələr qurdu və qardaşı oğlu olan I Mixailə qarşı açıq şəkildə mübarizə apardı. Beləcə, kralın "Qırmızı bibisi" olaraq anılmağa başlandı. Buna baxmayaraq 1947-ci ildə Rumıniya Xalq Respublikasının elan edilməsinin ardından digər monarx ailəsi üzvləri kimi o da, sürgün edildi. Sürgündə İsveçrədə və Kannda yaşayan Yelizaveta ömrünün son illərini özündən 30 yaş kiçik Mark Favrat adlı sevgilisi ilə keçirdi və 1956-cı ildəki ölümündən bir müddət öncə vərasət səbəbilə onu rəsmi övladlığa götürdü.