. Love.az

Rum Sultanligi - Wikipedia - Love.az

Ana Səhifə - Rum Sultanligi

Rum sultanlığı və ya Anadolu Səlcuqlu Dövləti — Səlcuqluların Anadoluda qurduğu dövlət. Qurucusu Qutalmışın oğlu Süleyman şahdır.

Sultanlıq
Rum sultanlığı
سلجوقیان روم / Selcūkiyân-ı Rūm
السلاجقة الروم / al-Selācika el-Rūm
Bayraq
Bayraq
II Qılınc Arslan dövründə
II Qılınc Arslan dövründə
← 
 →
 →
1077 — 1307

Paytaxt İznik
Konya
Dil Orta yunan dili, fars dili, Qədim Anadolu türkcəsi
Rəsmi dilləri Fars (rəsmi dil)
Türk (rəsmi dil və danışıq dili)
Ərəb (dini işlərdə, mədrəsələrdə tədris üçün və fərman dillərindən biri)
Din Sünni islam
Ərazisi 1243-cü ildə 400.000 km²
İdarəetmə forması Monarxiya
Sultan
 • 1073-1086 Süleyman şah
 • 1086-1092 Əbul-Qasım
 • 1092-1107 I Qılınc Arslan
 • 1107-1116 Məlikşah (Şahinşah)
 • 1116 -1156 I Rüknəddini Məsud
 • 1156 - 1192 II Qılınc Arslan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Bayrağı
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Tarixi

redaktə

Türklərin Anadoluya yerləşməsi 1071-ci ildəki Malazgirt müharibəsindən sonra sürətlənmişdir. 1073-cü ildə Süleyman şah Sultan-ı Rum (yəni Anadolu (Türkiyə) Səlcuqlu hökmdarı) olaraq Anadoluya getmiş və Rum sultanlığını qurmuşdur. O, 1075-ci ildə İznik və İzmiti fəth etmiş, İzniki paytaxt elan edərək 1078-ci ildə Çanaqqala boğazına qədər irəliləmiş, 1084-cü ildə Çukurova Tarsus bölgəsini və Hatayı ələ keçirmişdir. 1086-cı ildə Hələbi mühasirəyə almış, amma ələ keçirmədən vəfat etmişdir.

Bayrağı

redaktə

Anadolu Səlcuqlu Dövləti bayrağı Böyük Səlcuqlu bayrağının əsasında düzəlsə də, ona çox bənzəsə də, müəyyən cəhətlərdən "original"-dan fərqlənir. Belə ki, bu bayraqda yay və ox ikibaşlı qartalın üstündə deyil, qartala "geydirilmiş" vəziyyətdədir.

Mənbə

redaktə
  • Fazlı Konuş, Selçuklular Bibliyografyası (Temel kaynakların Açıklaması ile Beraber), Konya 2006.

Həmçinin bax

redaktə
  • Rum sultanlarının siyahısı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rum_sultanlığı&oldid=7898765"
LOVE.AZ