. Love.az

Rus Xeyriyye Cemiyyeti - Wikipedia - Love.az

Ana Səhifə - Rus Xeyriyye Cemiyyeti

Rus Xeyriyyə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş xeyriyyə cəmiyyətlərindən biri.

Mündəricat

  • 1 Tarixi
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar

Tarixi

redaktə

1875-ci ildə yaradılmışdır. 1918-ci ildə cəmiyyətin 123 oğlan və 138 qız üçün uşaq evi, 66 kişi və qadın üçün qocalar evi vardı. Bunlar Azərbaycan Xalq Cümhuriyyəti Himayədarlıq Nazirliyinin köməyi ilə və cəmiyyətin vəsaiti hesabına saxlanırdı.

Fəaliyyəti

redaktə

Nazirlik ayda hər nəfərə 200 rubl ayırırdı. 1919-cu il oktyabrın 1-dən "Uşaq bağçası" adlı yetimxana da "Uşaqlara yardım bürosu"ndan alınıb bu cəmiyyətə verilmişdi. Uşaq evi nəzdindəki 2 sinifli məktəbdə 6 müəllim işləyirdi. Əl əməyi emalatxanalarında uşaqlara xarratlıq, çəkməçilik və dərzilik öyrədilirdi. Cəmiyyətin idarə heyətinin sədri V.Klementyev idi.[1]

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Slavyan-rus cəmiyyəti

Ədəbiyyat

redaktə
  • Адрес-календарь Азербаиджанской Республики на 1920 г., Б., 1920.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 306. ISBN 9952-417-44-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rus_Xeyriyyə_Cəmiyyəti&oldid=5886969"
LOVE.AZ