. Love.az

Rusiya Elmler Akademiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Rusiya Elmler Akademiyasi

Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır.

Rusiya Elmlər Akademiyası
Российская академия наук
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
  •  Rusiya
Yaradılıb 8 fevral 1724[1]
Sayt new.ras.ru
Mükafatlar "Lenin" ordeni "Dostluq" ordeni (Vyetnam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 802 həqiqi üzvü, 1071 müxbir üzvü, 713 akademiyasının professoru vardır.

Mündəricat

  • 1 Rəhbərlik
  • 2 Həmçinin bax
  • 3 Ədəbiyyat
  • 4 Mənbə

Rəhbərlik

redaktə
  • Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022).

Həmçinin bax

redaktə
  • Alqebra i analiz

Ədəbiyyat

redaktə
  • Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.

Mənbə

redaktə
  • REA Moskva xəritəsində
  • http://www.pereplet.ru/nauka/
  • http://www.novosti-kosmonavtiki.ru/content/news.shtml Arxivləşdirilib 2010-10-20 at the Wayback Machine
  • http://www.cosmoworld.ru/spaceencyclopedia/
  1. ↑ Гончаров Н. П. «Не притащенная» наука: институциализация прикладной ботаники в России, The “not dragged” science: The institutionalisation of applied botany (rus.). // Историко-биологические исследования 2020. Т. 12, вып. 3. С. 13–31. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2020-13002
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rusiya_Elmlər_Akademiyası&oldid=7832166"
LOVE.AZ