. Love.az

Rza Ismayilov Dovlet Xadimi - Wikipedia - Love.az

Ana Səhifə - Rza Ismayilov Dovlet Xadimi
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rza İsmayılov.

Rza Məmmədrza oğlu İsmayılov (16 yanvar 1911, Bakı – 12 yanvar 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə sənayesi naziri, Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi (1937–1939), Azərbaycan SSR Ali Sovetinin I və II çağırış deputatı.

Rza İsmayılov
Azərbaycan SSR meşə sənayesi naziri
25 aprel 1951 – 26 mart 1953
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
28 mart 1946 – 28 yanvar 1948
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıHüseyn Nəcəfov
Azərbaycan SSR meşə və kağız sənayesi naziri
20 sentyabr 1950 – 25 aprel 1951
ƏvvəlkiHüseyn Nəcəfov
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan SSR xalq meşə sənayesi komissarı
194? – 28 mart 1946
Sonrakıvəzifənin adı dəyişdirilib
Azərbaycan SSR xalq meşə sənayesi komissarının birinci müavini
1941 – 194?
Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi
1937 – 1939
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1911(1911-01-16)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 12 yanvar 1973(1973-01-12) (61 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1932–1973)
Təhsili
  • Bakı Pedaqoji Texnikumu (–1929)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı

redaktə

Rza Məmmədrza oğlu İsmayılov 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1929-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Qala kəndində müəllimlik etmiş və bir neçə il xalq maarifi sistemində işləmişdir. Sonralar məsul partiya işinə göndərilmiş, 1937–1939-cu illərdə Azərbaycan Kommunist Partiyası Yevlax Rayon Komitəsinin birinci katibi olmuşdur.[1]

1939-cu ildə Rza İsmayılov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının fəhlə-kəndli milisi orqanlarında işləmiş, burada əvvəlcə XDİK Fəhlə-Kəndli Milis İdarəsi rəisinin müavini, sonra isə rəisi vəzifəsində çalışmışdır. 1941-ci ildə Rza İsmayılov Azərbaycan SSR xalq meşə sənayesi komissarının birinci müavini təyin edilmiş, az sonra isə meşə sənayesi naziri təsdiq olunmuşdur. Bu vəzifədə o, 1953-cü ilədək işləmişdir. Sonralar isə Rza İsmayılov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, Bakı ət kombinatının direktoru vəzifələrində çalışmışdır. 1960-cı ildən 1971-ci ilədək isə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Təsərrüfatı Komitəsi sistemində işləmişdir.[1]

Rza İsmayılov 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan KP MK-nın üzvü, birinci və ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[1]

Rza İsmayılov 1973-cü ilin yanvar ayında vəfat etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Р. М. Исмајылов // Коммунист. № 11 (15226). 13 јанвар 1973-ҹү ил. С. 4.

Xarici keçidlər

redaktə
  • "Исмайлов Рза Мамед Рза оглы" (rus). Память народа. İstifadə tarixi: 24 yanvar 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rza_İsmayılov_(dövlət_xadimi)&oldid=7902920"
LOVE.AZ