. Love.az

Rza Sahveled - Wikipedia - Love.az

Ana Səhifə - Rza Sahveled

Rza Şahvələd — Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərmiş azərbaycanlı jurnalist.

Rza Şahvələd
Rza Nəbi oğlu Şahvələd
Doğum tarixi 1909
Doğum yeri Tiflis
Vəfat tarixi 1984
Vəfat yeri Bakı Azərbaycan Azərbaycan

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Fəaliyyəti
  • 3 Ölümü
  • 4 İstinadlar

Həyatı və təhsili

redaktə

Rza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tiflisdə anadan olub. Bakıda iki illik seminariyanı bitirib[1].

Fəaliyyəti

redaktə

Bakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib. Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakıya köçən R. Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib.[1]

Rza Şahvələd hekayələri və pyesləri ilə də oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o vaxtlar Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb. Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.[1]

Ölümü

redaktə

Rza Şahvələd 1984-cü ildə Bakıda vəfat edib.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Nizami Məmmədzadə, Mahmud Kamaloğlu "Gürcüstanın azərbaycanlı jurnalistləri" Tiflis 2015
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rza_Şahvələd&oldid=6004239"
LOVE.AZ