Sübhün səfiri — rejissor Ramiz Həsənoğlunun filmi.[2] Film Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar çəkilmişdir.[3]
Sübhün səfiri | |
---|---|
![]() | |
Janr |
Dram Tarixi Bioqrafik |
Rejissor | Ramiz Həsənoğlu |
Ssenari müəllifi | Anar |
Baş rolda | Rasim Balayev Nicat Əli Fəxrəddin Manafov Məlahət Abbasova |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi |
28 noyabr 2012, Nizami Kino Mərkəzi, Bakı, Azərbaycan 2 fevral 2013, Çingiz klubu, Şəki, Azərbaycan 12 mart, 2013, Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrı, Tbilisi, Gürcüstan |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 150 dəqiqə |
Ölkə |
![]() |
Dillər |
Azərbaycan dili rus dili türk dili |
İl | 2012 |
Rəng | rəngli |
Çəkiliş yeri |
Şəki Bakı Tbilisi, Gürcüstan İstanbul, Türkiyə[1] |
IMDb | ID21835540 |
Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır.