. Love.az

Suceddin Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Suceddin Abdullayev

Abdullayev Sücəddin Mustafa oğlu (20 dekabr 1949, Nərimankənd, Gədəbəy rayonu – 21 oktyabr 2018, Bakı) — Azərbaycan Respublikasının keçmiş Mənzil-Kommunal Təssərrüfat naziri, ictimai-siyasi xadim.

Sücəddin Abdullayev
Doğum tarixi 20 dekabr 1949
Doğum yeri
  • Nərimankənd, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 oktyabr 2018 (68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan

Həyatı

redaktə

Sücəddin Abdullayev 1949-cu ilin 20 dekabr tarixində Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub.1967-ci ildə kənd məktəbini qurtardıqdan sonra M. F. Axundov adına Azərbaycan Dillər İnstitutun rus dili və ədəbiyyat fakültəsinə daxil olub.1967-ci ildən 1972-ci ilə qədər başqa -başqa yerlərdə fəhlə, tərbiyəçi vəzifələrində çalışıb.1972-ci ildə peşə məktəbində komsomol komitəsinin katibi olub.1973-cü ildə sovet ordusu sıralarında xidmət edib.1974-cü ildə texnikumda komsomol komitəsinin katibi vəzifəsində çalışıb.1975-ci ildə Lenin rayonu(indiki Sabunçu)komsomol komitəsində şöbə müdiri olub.1976-cı ildə partiya işinə keçdiyinə görə tutduğu vəzifədən azad olunub.1976–1990-cı illərdə Lenin rayonu partiya komitəsində instruktor, şöbə müdiri vəzifələrində çalışıb.1984-cü ildə Bakı Ali partiya məktəbini qırmızı diplomla başa vurub.1990–1991-ci illərdə Xətai rayonu İcra hakimiyyətində sədr müavini vəzifəsində çalışıb.1991–1992-ci illərdə icra başçısının mənzil məsələləri üzrə müavini olub.1992–1993-cü ilədək Azərbaycan Respublikası Mənzil-Kommunal Təssərrüfat naziri vəzifəsinə təyin edilib.1993–1999-cu ilədək Mənzil-Kommunal Təssərrüfatı Komitəsinin sədri vəzifəsində çalışıb.[1] 2018-ci ilin oktaybr ayının 21-ində uzun sürən xəstəlikdən sonra vəfat edib.[2][3]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  2. ↑ "Arxivlənmiş surət". 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  3. ↑ http://musavat.com/news/kecmis-nazir-vefat-etdi_564715.html
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sücəddin_Abdullayev&oldid=7491904"
LOVE.AZ