. Love.az

Sucaet Ehmedov - Wikipedia - Love.az

Ana Səhifə - Sucaet Ehmedov

Əhmədov Sücaət Yunus oğlu (4 iyun 1943, Kəlbəcər – 13 noyabr 2002, Gəncə) — Azərbaycan şairi.

Sücaət Əhmədov
Sücaət Əhmədov və Sərraf Şiruyə Kəlbəcərdə
Sücaət Əhmədov və Sərraf Şiruyə Kəlbəcərdə
Təxəllüsləri "Sücaət",
"Sücaət Dəlidağlı",
"Sücaət Kəlbəcərli"
Doğum tarixi 4 iyun 1943
Doğum yeri Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 7 noyabr 2002 (59 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vəfat səbəbi ağciyər xəstəliyi[d]
Dəfn yeri
  • Xanlar rayonu
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Fəaliyyət illəri 1960s–2002
Əsərlərinin dili azərbaycanca

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Həbsi
  • 3 Yaradıcılığı
    • 3.1 Sucayətin Kitabları
  • 4 İstinadlar

Həyatı

redaktə

Sücaət Yunus oqlu Əhmədov 4 iyun 1943-cü ildə (bəzi mənbələrdə 1946-cı il[1]) Kəlbəcərdə Yunus Əhmədovun ailəsində anadan olub.

Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.[2]

7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır.[3]

Ailəsi

redaktə

Xalası qızı ilə evli idi. Bir oğlu, iki qızı var. Oğlu Azərin Sücaət adında övladı var.

Azərbaycan jurnalisti Hidayət Elvüsal Sücaətin qardaşıdır.[4]

Həbsi

redaktə

Sücaət iki dəfə həbs edilmiş, ömrünün 8 ilini zindanlarda keçirmişdi. İlk həbsi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən olmuşdur. Kəlbəcərdə mağaza müdirini vurduğu üçün universitetdən xaric edilmiş və həbs olunmuşdur.[5]

Yaradıcılığı

redaktə

Yaradıcılığa sovet dövründə başlasa da Sovet dövründə, demək olar ki, şerləri çap olunmayıb. Sücaətin şerləri əsasən dildən-dilə yayılmış, dillər əzbəri olmuşdur. El şənliklərində öz ifasında şerləri kasetlərə yazılmış, bu yolla Sücaətsevərlər arasında yayılmışdır.

Sucayətin Kitabları

redaktə
  • "Sən ağlama, mən ağlaram". Bakı: Azərnəşr, 1994. 88 səh.
  • "Dəli dağın dəliləri hardadı?"
  • "Sücaəti unutma sən". Bakı: Nurlan, 2008.

İstinadlar

redaktə
  1. ↑ "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.
  2. ↑ Aybəniz Kəngərli. "8 il həbsdə yatan Azərbaycan şairi" (az.). kulis.az. 2013-12-24. 2019-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
  3. ↑ Mahmud Əyyub. "Dərddən pərvazlanan şair..." (az.). gunaz.az. 2017-11-21. 2019-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
  4. ↑ Şair Sücaətin çap olunmamış şeiri Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine — 03.10.2018
  5. ↑ Şərif Ağayar. "El şairi Sücaətin qardaşı: "Nəzakət Məmmədovanı sevirdi" – Müsahibə" (az.). kulis.az. 2019-09-30. İstifadə tarixi: 2019-10-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sücaət_Əhmədov&oldid=6684413"
LOVE.AZ