. Love.az

Suleyman Izzet Bey - Wikipedia - Love.az

Ana Səhifə - Suleyman Izzet Bey
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Süleyman İzzət bəy (XIX əsr) — Osmanlı və Türkiyə hərbi xadimi. 1918-ci ildə Bakının daşnak-eser-menşevik –ingilis işğalından azad olunmasında fəal iştirak etmiş türk ordusu XV diviziyasının komandiri.

Süleyman İzzət bəy
Şəxsi məlumatlar
Doğum tarixi XIX əsr

Mündəricat

  • 1 Azərbaycanın işğaldan qurtarılmasında rolu
  • 2 Əsəri
  • 3 Mənbə
  • 4 İstinadlar

Azərbaycanın işğaldan qurtarılmasında rolu

redaktə

1918-ci ilin avqustun axırlarında Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə hazırlaşdığı bir zamanda qəti həmlə etmək üçün Türkiyəyə müraciət etdi. Buna cavab olaraq daha bir diviziya – polkovnik-leytenant Süleyman İzzət bəyin rəhbərliyi ilə avqustun 28-də Qarakilsə-Dilican-Ağstafa yolu ilə hərəkət edərək, sentyabrın 9-da Bakı ətrafına çatdı. Süleyman İzzət bəy və onun komandanlıq etdiyi V və XV diviziyalar Azərbaycanın nizami və könüllü hərbi qüvvələri ilə birlikdə sentyabrın 12-15-də Bakı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdilər.[1] Bakı azad olunduqdan sonar Süleyman İzzət bəyin başçılıq etdiyi XV diviziya Dərbənd və Petrovsk-Port (Mahaçqala) şəhərlərini azad etməyə göndərildi. Oktyabrın 6-da Biçeraxovun hərbi qüvvələri darmadağın edilərək, Dərbənd azad olundu. Diviziya noyabrın 8-də Petrovsk-Portu da azad etdi.[2]

Əsəri

redaktə

Süleyman İzzət bəy sonralar XV diviziyanın Azərbaycan və Şimali Qafqazdakı xilaskarlıq əməliyyatlarına həsr olunmuş əsər yazıb çap etdirmişdi. Əsərin adı belədir:

  • 15 piyade fırkasının Azerbaycan və Şimali Kafkasyadakı harekatı və müharibeleri. 103 saylı Askeri mecmuanın tarıh kısmı 1936-cı ildə Türkiyədə çap edilmişdir.

Mənbə

redaktə
  • Mehman Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, səhifə 358.

İstinadlar

redaktə
  1. ↑ Mehman Süleymanov, Azərbaycan ordusu
  2. ↑ Mehman Süleymanov, Nuru Paşa
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Süleyman_İzzət_bəy&oldid=7765383"
LOVE.AZ