Süleyman Məmmədli (28 avqust 1948, Tovuz rayonu – 22 sentyabr 2021, Bakı) — Azərbaycanda Taekvondo Federasiyasının ilk prezidenti (1992–1999), Azərbaycan Hapkido Federasiyasının prezidenti (1999-2021), beynəlxalq dərəcəli təlimatçı və hakim. Turan Do döyüş sənətinin banisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi. Dünya Turan-do Assosiasiyasının, Yaşlıların Dünya Döyüş Sənətləri Asosiasiyasının prezidenti və Dünya Universal Kombat Döyüş Assosiasiyasının yaradıcısı, Beynəlxalq Döyüş Növləri Assosiasiyasının fəxri sədri olub.[1]
Süleyman Məmmədli | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Tam adı | Məmmədli Süleyman Bağır oğlu |
Vətəndaşlığı |
![]() |
Doğum tarixi | 28 avqust 1948(1948-08-28) |
Doğum yeri | |
Vəfat tarixi | 22 sentyabr 2021(2021-09-22) (73 yaşında) |
Vəfat yeri | |
İdman növü |
Taekvondo Hapkido Turan-Do |
Karyera illəri | 1969–2021 |
Məşqçisi |
Çxve Xon Xi Bok Mann Kim |
Süleyman Məmmədli 1948-ci ildə Tovuz rayonunda anadan olub.[2] Orta təhsilini Tovuzda alıb.[3] 1969–1971-ci illərdə hərbi xidmətdə olub.[4] Rusiyada Sankt-Peterburq Dağ-Mədən Universitetində ali təhsil alıb.[5][6] Daha sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.[2] 22 sentyabr 2021-ci il tarixində koronavirus səbəbindən vəfat edib.[7][8][9]
"Taekvondo", "Tanq Su Do Su Bak Do və Hap Ki Do", "Müxtəlif xalqların döyüş sənətləri", "Kikboksinq Muay Tay", "Əlbəyaxa döyüş", "Karate Do" dərsliklərin, "Həsrət", "Qisas", "Könül söhbəti", "Söndürülmüş ocaqlar yandırılmalı!", "Atəşlərə yanan könül" şeir kitablarının müəllifidir. Bundan başqa, 50-yə yaxın elmi məqaləsi dərc edilib.[2][17]