. Love.az

Suleyman Mirze Iskenderi - Wikipedia - Love.az

Ana Səhifə - Suleyman Mirze Iskenderi

Süleyman mirzə İskəndəri (fars. سلیمان اسکندری‎; tam adı: Süleyman mirzə Möhsün mirzə oğlu İskəndəri və ya Süleyman mirzə Möhsün mirzə oğlu İskəndəri; 1877, 1875[1] və ya 1862, Təbriz – 1943 və ya 1944[1], Tehran) — İran Qacar şahzadəsi, müəllimi, jurnalisti və sosialist siyasətçisi.

Süleyman mirzə İskəndəri
Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri
Digər adı Süleyman mirzə Möhsün mirzə оğlu Qovanlı-Qacar
Doğum tarixi 1877, 1875[1] və ya 1862
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1943 və ya 1944[1]
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti siyasətçi
Partiyası
  • Demokrat Partiyası (Qacar),
  • İran Tudə Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Süleyman mirzə və Pişəvəri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Süleyman mirzə Möhsün mirzə oğlu İskəndəri 1877-ci ildə Təbriz şəhərində doğulmuşdu. 1892-ci ilədək saray təlim-tərbiyəsi, təhsili görmüşdü. 1893–1900-cü illərdə Tehran Darülfünununda (Universitetində) oxumuşdu. Süleyman mirzə 1900–1901-ci illərdə bir neçə ziyalı ilə birlikdə, Tehranda "Uyuq" adlı qəzet nəşr etmək üçün icazə ala bilmişdi, lakin baş nazir Əminüssultаn qəzetin nəşr edilməsində imkan verməmişdi.

Süleyman mirzə iki iki il atası Möhsün mirzə ilə birlikdə Tehran polis qüvvələrinin zabiti kimi qulluq etmiş, sonra isə "Möhsüniyyə" adlı ibtidai məktəb təsis edərək maarif sahəsində çalışmışdı. 1904-cü ildə həmin məktəb bağlandlıqdan sonra başqa məktəblərə müəllimlik etmişdi.

Süleyman mirzə 1904-cü ildə Tehranda gizli yaranmış İnqilab komitəsinin üzvü, 1907-ci ilin əvvəllərində kirmanşahda "Adəmiyyət" cəmiyyətinin və bir neçə siyasi əncümənin təşkilatçısı, 1907-ci ilin axırlarında Tehran sosial-demokrat təşkilatının üzvü kimi mütləqiyətə qarşı mübarizədə iştirak etməklə fəal İnqilabçılar sırasına daxil olmuşdu. О, Mirzə Məhəmməd Xorasani və öz qardaşı Yəhya mirzə ilə birlikdə Tehran sosial-demokrat təşkilatına mənsub olan "Hüquq" qəzetinin nəşr olunmasında yaxından iştirak etmişdi. Məclis Məhəmmədəli şah tərəfindən dağıdılqdan sonra Süleyman mirzə İskəndəri 9 aya qədər Tehranda və onun ətraf rayonlarında gizli yaşamağa məcbur olmuş və nəhayət, atası Möhsün mirzənin səyi nəticəsində təhlükədən xilas olmuşdu.

1909-cu il iyul ayında Məhəmmədəli şah Qovanlı-Qacar hakimiyyətdən və ölkədən qovulduqdan sonra S. M. İskəndəri İran Demokrat partiyasının yayılmasında iştirak etmiş, Məclisin ikinci dövrünə (1909–1911) Ərak vilayətindən nümayəndə seçilmiş və həmin məclisdə "demokrat" fraksiyasının lideri sifətilə fəaliyyət göstərmişdi. 1911-ci il dekabr ayında Məclis buraxıdlıqdan sonra S. M. İskəndəri bir qrup başqa məsləkdaşları ilə birlikdə əvvəlcə Quma və kaşana, sonra isə Yəzd şəhərinə sürgün edilmişdi. Süleyman mirzə İskəndəri 1914-cü ilin iyul, avqust aylarınadək demokratların gizli qoşunları vasitəsilə Nasirülmlük diktaturasına qarşı, onun təyin etdiyi irticaçı nazirlər kabinələrinə qarşı mübarizədə iştirak etmiş, 1914-cü ilin ikinci yarısında İran Demokrat partiyası yenidən bərpa edildikdə, Məclisin üçüncü dövrünə İsfəhandan nümayəndə seçilmiş və məclisdə demokrat fraksiyanın lideri kimi yenə də siyasi fəaliyyətini davam etdirmişdi.

Süleyman mirzə Birinci Dünya müharibəsi dövründə İranın İngiltərə və çar hökumətləri tərəfindən bölüşdürülüb, müstəmləkə ölkəyə çevrilməsinə qarşı mübarizədə üçüncü böyük bir dövlətin İran işlərinə cəlb olunması fikri ilə almanların İranda apardığı siyasətlə həmkarlıq etməyə və bu vasitə ilə iki imperialist blokun ziddiyətlərindən ölkənin istiqlaliyyəti хеyrinə istifadə etməyi məqsəduyğun hesab etmişdi. S. M. İskəndəri bu mübarizədə 1915-ci il noyab ayında Tehranı tərk etdikdən sonra, Qum şəhərində Milli müdafiə komitəsinin təşkilatçısı və sədri, 1916-cı ildə mərkəzi hökumət əleyhinə kirmanşahda yaradılmış müvəqqəti (qərb) hökuməti birinci kabinəsində daxili işlər vəzifəsinin ifa etmişdi.

1918-ci il fevral ayında ingilis qoşunları tərəfindən tutulub qardaşı Isa mirzə ilə birlikdə Hindistana sürgün edilmiş İskəndəri 1920-ci ilin ortalarınadək sürgündə saxlanmışdır. О, Tehrana qayıtdıqdan sonra, 1921-ci ildə özünün yaxın məsləkdaşları ilə birlikdə Ictiamaiyyun-Amiyyun (sosial-demokrat) adlanan təşkilat yaratmış, həmin təşkilatın sədri kimi ölkənin siyasi həyatında yaxından iştirak etmişdi. S. M. İskəndəri 1923-cü ildə Rza xanın təşkil etdiyi nazirləri kabinəsində maarif naziri vəzifəsinin daşımışdı. О, 1926-cı ildə çağrılmış müəssisələr məclisində şahlığın irsliyinə qarşı təklif vermişdi.

1929–1930-cu illərdə Rza şah hökuməti tərəfindən hər cür siyasi partiya, cəmiyyət və qrupların qadağan edildiyi vaxtda Ictimaiyyun-Amiyyun təşkilatı da dağılmış və s. M. İskəndəri 1941-ci ilədək siyasi fəaliyyətdən məhrum edilmişdi. 1941-ci il sentyabr ayında İranın fəhlə və zəhmətkeşlər partiyası olan İran xalq partiyası S. M. İskəndərinin yardımı və iştirakı ilə təşkil edilmişdi. О, 1943-cü il aprel ayında vəfat etdiyi günə qədər həmin partiyanın sədri olmuşdur. Süleyman mirzə İskəndəri ən gənc yaşlarından etibarən bütün ömrünü, gücünü bacarığının İran xalqlarının azadlığı və ölkənin istiqlaliyyəti uğrunda mübarizəyə sərf etməklə zəhmətkeş və demokratik siniflərin siyasi və ictimai xadimləri sırasında özünə məxsus mövqe tutmuşdu.

Süleyman mirzə və Pişəvəri

redaktə

S. C. Pişəvəri 14-cü çağırış Məclisində Xiyabaninin qatili Hacı Müxbirüssəltənənin vəkilliyinə qarşı çıxan, onu Şeyxin qətlində suçlayan Süleyman mirzənin cəsarətli çıxışından misallar gətirərək demişdir: "İran azadixahlarının qeyrətli nümayəndəsi mərhum Süleyman mirzə bu alçaq xainin etibarnaməsi əleyhinə etiraz etdi. O, çox hərarətli bir surətdə mərhum Şeyxin İranın azadlığı yolunda göstərdiyi fədakarlıqları sayıb söylədi və Hacı Müxbirüssəltənənin böyük bir cinayətkar olduğunu isbat etməyə çalışdı. Müxbirüssəltənə utanmadı, tribun dalına keçib dedi: "Doğrudur, mən onu öldürdüm, lakin bu, böyük bir xidmətdir, çünki Xiyabani məmləkətə xəyanət edirdi". Azərbaycan qəhrəmanlarının qanı ilə qurulan Məclisi-Şura bu cəlladın etibarnaməsini qəbul edib onu millət nümayəndəsi adlandırdı, sonra da bu sima Rza xanın əmrilə on sənədən artıq İran dövlətinin rəisi oldu. Bu onun eylədiyi xəyanətə mükafat və zəhmət haqqı idi".

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  • Qacarlar
  • Məhəmmədtahir Mirzə
  1. ↑ 1 2 3 4 Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Süleyman_mirzə_İskəndəri&oldid=8121893"
LOVE.AZ