. Love.az

Suleysin - Wikipedia - Love.az

Ana Səhifə - Suleysin

Glis glis (lat. Glis glis) — Glis cinsinə aid heyvan növü.

Süleysin
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Euarxontoqlireslər
Klad:
Gliriformes
Klad:
Glires
Klad:
Simplicidentata
Dəstə:
Gəmiricilər
Yarımdəstə:
Sincabkimilər
Fəsilə:
Süleysinlər
Yarımfəsilə:
Glirinae
Cins:
Glis
???:
Süleysin
Beynəlxalq elmi adı
  • Glis glis L., 1766[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  951305
NCBI  41261
EOL  327942
FW  131651

Mündəricat

  • 1 Xarici görünüşü
  • 2 Yayılması
  • 3 Sayı
  • 4 Həyat tərzi
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Xarici görünüşü

redaktə

Xarici görünüşcə sincaba oxşayır. Lakin qulaqlarının kənarları sincabın qulaqlarından fərqli olaraq dəyirmi şəkildə olub, uclarında uzun tüklərdən ibarət qotazlar olmur. Bədənin uzunluğu 186 mm, quyruğun uzunluğu 161 mm, qulağın uzunluğu 23 mm, pəncənin uzunluğu isə 32 mm-ə qədərdir. Çəkisi 174 q-dır. Əmcəklərinin sayı 10 ədəddir. Bel hissəsinin tük örtüyü bozumtul-qonur, qarın hissəsininki isə ağ rəngdədir. Quyruğu uzun və tüklüdür. Bu tüklər sanki hər tərəfdə yana daranmışdır.

Yayılması

redaktə

Süleysinin arealı Avropanın əksər hissəsini, Kiçik Asiyanı və Şimalı İranı və Qafqazı əhatə edir. Zaqafqaziya miqyasında Azərbaycanda və Gürcüstanda geniş yayılmışdır. Azərbaycan ərazisində əsas etibari ilə Talışın, Böyük və Kiçik Qafqazın aran və dağ meşələrində yayılmışdır. Bununla yanaşı süleysinlərə həmçinin Kür, Qabırrıçay, Alazan və Araz çaylarının tuqay meşələrində və eləcə də aran rayonlarının meyvə bağlarında təsadüf etmək olar. Azərbaycanda bu növün iki yarımnövü G.G. orientalis Nehring (1902), G.g.caspicus Satunin (1905) yaylmışdır. Birinci yarımnöv Böyük və Kiçik Qafqazda, ikinci yarımnöv isə Talış meşələrində yaşayır[2].

Sayı

redaktə

Əsas yemlərinin məhsuldarlğından asılı olaraq süleysinin sayı dəyişkən olub əlverişli yerlərdə hər hektarda 30 - 35 fərdi keçə bilər.

Həyat tərzi

redaktə

Süleysin ağaclarda yaşayır. Əsas etibarilə fıstıq, palıd, qoz, fındıq, alma, armud və başqa meyvələr bitən meşə və bağlarda yayılmışdır. Əsas yemini qeyd olunan ağacların meyvələri təşkil edir. Bundan başqa, süleysin ağacların cavan budaqları və cücülərlə də qidalanır. Yuvalarını ağacların koğuş və yarıqlarında, eləcə də meşə və bağlara yaxın olan tikintilərin daşları arasında qurur. Süleysinin qış yuxusu çox uzun müddət davam edir. Azərbaycanda onun qış yuxusu təxminən 7 – 8 ay çəkir. Qış yuxusu sentyabrın axırlarında və yaxud oktyabrın əvvəllərində başlayır, may-iyun aylarına isə qurtarır. Yaxşı mühafizə edilən koğuşlarda tək-tək və ya 4-6 fərddən ibarət qruplarla qışlayır. İldə iki dəfə çoxalır. Balavermə iyun-iyul və avqust aylarında müşahidə olunur. Hər dəfə dişi fərd 5-8 bala verir. Boğazlıq dövrü 20-25 gün davam edir. Süleysin qoz və fındıq bağlarına, meyvəçiliyə və bəzi yerlərdə üzümçülüyə olduqca ziyan vurur.

Ədəbiyyat

redaktə
  • Алекперов Х.М. Млекопитающие юго-западного Азербайджана, Изд-во АН Азерб. ССР, 1966.
  • Айрапетьянц А.Э., 1983. Сони. Л.: ЛГУ, 191 с.
  • Громов И.М., Ербаева М.А., 1995. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. СПб, 522 с.
  • Россолимо О.Л., Потапова Е.Г. и др., 2001. Сони (Myoxidae) мировой фауны. М.: изд. МГУ, 229 с.

İstinadlar

redaktə
  1. ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  2. ↑ Azərbaycanın heyvanlar aləmi. III hissə, Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004

Xarici keçidlər

redaktə
  • http://www.bbc.co.uk/nature/life/Edible_dormouse Arxivləşdirilib 2017-04-06 at the Wayback Machine
  • http://animaldiversity.org/accounts/Glis_glis/
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Süleysin&oldid=8026394"
LOVE.AZ