. Love.az

Suneni Ibn Mace - Wikipedia - Love.az

Ana Səhifə - Suneni Ibn Mace

Sünəni-İbn Macə (ərəb. سُنن ابن ماجة‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittənin) biridir.

Sünəni-İbn Macə
ərəb. سنن ابن ماجه‎
Müəllif İbn Macə
Janr İslam
Orijinalın dili Ərəbcə

Müəllifi İbn Macədir (m. 824–887) (h.q. 209–273). Əsərin əsil adı "Kitəbus Sunən" olsa da müəllifinə nisbətlə "Sünəni İbn Macə" olaraq anılır.

Mündəricat

  • 1 Haqqında
    • 1.1 Müəllif
    • 1.2 Əsər
    • 1.3 Nəşrləri
  • 2 İstinadlar
  • 3 Həmçinin bax

Haqqında

redaktə

Müəllif

redaktə

Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub[1]. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və başqa yerlərə səfər etmişdir. Və ən məşhur əsəri olan "Kitəbu Sunən" əsərini yazmışdır. İbn Macə 887-ci ildə vəfat etmişdir.

Əsər

redaktə

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Müəllif əsəri 5 cilddə tərtib etmişdir. Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 4341 hədis yığmışdır.

Kitabları (Bölmələri)

Nəşrləri

redaktə

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub :

  • Sünən ibn Macə, Məktəbə əl-İlmiyyə, Beyrut
  • İbn Macə, əs-Sünən, "Məktəbətul-Maarif lil-Nəşr vəl-Təuzi", ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Nasiruddin əl-Albani və Məşhur b. Həsən Al Salman yüklə

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :

  • İbn Mace, "Sünen-i İbn-i Mace" Tercüme ve Şerhi, çeviren : Haydar Hatipoğlu, "Kahraman" Yayınları, 10 cilt. oxu Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ al-Dhahabi, Muhammad ibn Ahmad (1957). al-Mu`allimi. ed (in Arabic). Tadhkirat al-Huffaz. 2. Hyderabad: Da`irat al-Ma`arif al-`Uthmaniyyah. pp. 636.

Həmçinin bax

redaktə
  • Kutubi-sittə
  • Səhihi Buxari
  • Səhihi Müslim
  Vikimənbədə bu mətnin orijinalı var.
Bax: Sünəni İbn Macə
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sünəni-İbn_Macə&oldid=7901682"
LOVE.AZ