. Love.az

Sunbulvari Qargaotu - Wikipedia - Love.az

Ana Səhifə - Sunbulvari Qargaotu

Sünbülvari qarğaotu (lat. Actaea spicata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü [2].

Sünbülvari qarğaotu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Dəstə:
Qaymaqçiçəklilər
Fəsilə:
Qaymaqçiçəyikimilər
Cins:
Qarğaotu
Növ:
Sünbülvari qarğaotu
Beynəlxalq elmi adı
  • Actaea spicata L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  184135
NCBI  64025
EOL  596415

Mündəricat

  • 1 Botaniki təsviri
  • 2 Yayılması
  • 3 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 4 Növün istifadə sahəsi
  • 5 Sinonimləri
    • 5.1 Homotipik sinonimlər
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Botaniki təsviri

redaktə

Çoxillik, 70 sm hünd.-də, qalın, çoxşişli kökümsovlu bitkidir. Gövdəsi düz, əsasından tünd, uzunsov pulcuqlarla örtülmüşdür. Yarpaqları iri, lələkvari yarpaqcıqlı, iki-üçqat bölümlüdür. Yarpaqcıqlar enli-oval, küt və ya qısa uclu, kənarları boyunca kəsikli və iti dişciklidir. Çiçəkləri 3–4 mm uz.-da, ağ rəngli, oval salxıma yığılmışdır. Ləçəklər oval, dırnağa qədər daralmış, demək olar ki, yumurtalığa bərabərdir. Meyvəsi giləmeyvəşəkilli, şarvari, qara rənglidir [3].

Yayılması

redaktə
 
Actaea spicata L. meyvələri

Dünyada: Əfqanıstan, Albaniya, Avstriya, Baltikyanı ölkələr, Belarus, Belçika, Bolqarıstan, Rusiya, Çexiya, Slovakiya, Danimarka, Himalay, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İran, İtaliya, Qazaxıstan, Krım, Nepal, Niderland, Şimali Qafqaz, Norveç, Pakistan, Polşa, Rumıniya, İspaniya, İsveç, İsveçrə, Cənubi Qafqaz, Türkiyə, Ukrayna [4]. Azərbaycanda: Böyük Qafqaz (Quba), BQ qərbi, Kiçik Qafqaz şimal, mərkəz, cənub (Laçın) [3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvələmə may-iyun aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarında yayılır. Mezofit, işıqsevən bitkidir [5].

Növün istifadə sahəsi

redaktə

Dərman kimi: Ənənəvi olaraq revmatizm və oynaq ağrılarını müalicə etmək üçün, qut simptomlarını yüngülləşdirmək üçün, oynaq ağrısı, revmatizm və menstrual narahatlıq kimi vəziyyətlərdə homeopatiyada istifadə olunur. İltihab əleyhinə xüsusiyyətlərinə görə xaricə tətbiq etmək üçün məlhəm və ya təpitmə şəklində tətbiq olunur. Yarpaqları C vitamini ilə zəngindir [6].

Xoşagəlməz qoxulu zəhərli bitkidir. Meyvələrindən boya alınır. Dekorativ məqsədlə istifadə oluna bilər.

Sinonimləri

redaktə

Homotipik sinonimlər

redaktə

Actaea christophoriana Gouan

Actaea corymbosa Stokes

Actaea nigra (L.) G. Gaertn., B. Mey. & Scherb.

Actaea spicata var. nigra L.

Actaea spicata subsp. nigra Ehrh.

Actaea vulgaris Spach

Christophoriana spicata (L.) Moench

İstinadlar

redaktə
  1. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 504.
  2. ↑ "Actaea spicata L. | Plants of the World Online | Kew Science". Plants of the World Online (ingilis). 2024-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  3. ↑ 1 2 Флора Азербайджана род: Actaea L. / Обр.: Р. Рзазаде. – Баку: АН. Азерб. ССР. т. 4. – 1953. – с. 39-40.
  4. ↑ "Actaea spicata L. | Plants of the World Online | Kew Science". Plants of the World Online (ingilis). 2024-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  5. ↑ Hassler, M. & Muer, T. (2022). Flora Germanica: alle Farn- und Blütenpflanzen Deutschlands in Text und Bild 1: 1-864. Verlag Regionalkultur, Uberstadt-Weiher.
  6. ↑ "Actaea Spicata 200, Actaea Spicata 30 Uses & Side Effects" (ingilis). 2024-03-28. 2024-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sünbülvari_qarğaotu&oldid=7994519"
LOVE.AZ