. Love.az

Surhullu - Wikipedia - Love.az

Ana Səhifə - Surhullu

Sürhüllü (sürfüllü, sürhü, sürfü) — Azərbaycanın şimal-qərb zonasına, əsasən Yeni Suvagil Qax (İlisu, Sarıbaş, Ağçay,Qum,Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba -Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir xörəyi.

Sürhüllü yeməyi. Qurudulmuş və təzə ətlə

Azərbaycanlılarla yanaşı ləzgilər, saxurlar, avarlar, laklar, ingiloylar da bu yeməyi hazırlayır.[1]

Ümumi məlumat

redaktə

Sürhüllü yeməyi əsasən qış aylarında, əvvəlcədən tədarük edilmiş qaxac ətindən və içnovurdan istifadə edilərək bişirilir. Həmçinin xüsusi dad verilməsi üçün sarımsaq və turşudanda istifadə olunur. Sürhüllü xəmir xörəyi olmaqla iki formada bişirilir: Qurudulmuş ətlə və təzə ətlə. Əsasən qoyun ətindən istifadə edilir. Bu yaylaq-qışlaq köçləri eləcə də coğrafi köçlər zamanı ətin xarab olmaması zərurətindən yaranmış bir üsuldur. Yeməyin adı Saxur dilindədir və “Əyri xəmir” mənasını verir.

Mənbə

redaktə
  Vikianbarda Sürhüllü ilə əlaqəli mediafayllar var.
  • "Azərbaycan etnoqrafiyası". Azərbaycan Milli Elmlər Akademiyası. Üç cilddə. II cild. Şərq-Qərb. Bakı. 2007. s.170. ISBN 978-9952-34-092-1

İstinadlar

redaktə
  1. ↑ II. ULUSLARARASI DEVELİ - ÂŞIK SEYRÂNÎ VE TÜRK KÜLTÜRÜ KONGRESİ 3 KİTAP (PDF). 2019. 213. ISBN 978-605-68076-6-4. 2025-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sürhüllü&oldid=8151006"
LOVE.AZ