Səədli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Səədli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur.
Mahal | |
Səədli mahalı | |
---|---|
Daxildir |
![]() ![]() ![]() |
İnzibati mərkəz | Xeyirbəyli |
![]() İrəvan xanlığının mahalları |
İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın "Səədli" qədim türk tayfalarından birinin adıdır. Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca "Səədli" adlı yaşayış məntəqələri var. Bütün bu yaşayış məntəqələri eyni adlı türk tayfasının qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz çayına qovuşurdu. Səədli mahalı şimadan Talın, qərbdən Osmanlı dövləti, cənubdan Dərəkənd - Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. İ.Şopen Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən 5-nin artıq dağıldığını, qeyd edir [95, 444, 513, 575-576]. Məhz buna görə də C.Bornoutyan, əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9 kəndi əhatə etdiyini qeyd edir.[1] [2]
1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Səədli mahalında dağıdılmış kəndlərin siyahısı
1. Xəlilqışlağı, 2. Erməni gövşəni 3. Səfilər, 4. Mirzəxan, 5. Baş Qışlağı
1828-ci ildə Qırxbulaq mahalında mövcud olan kəndlərin siyahısı
1. Söyüdlü, 2. Hüseynkəndi, 3. Cırıxlı, 4. Elimcan, 5. Hacı-Bayramlı, 6. Əyrisifət, 7. Xeyirbəyli, 8. Assar, 9. Şahvarid.