. Love.az

Sebine Haciyeva Aktrisa - Wikipedia - Love.az

Ana Səhifə - Sebine Haciyeva Aktrisa
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Səbinə Hacıyeva.

Səbinə Sabir qızı Hacıyeva (16 noyabr 1983) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018).

Səbinə Hacıyeva
Səbinə Sabir qızı Hacıyeva
Doğum tarixi 16 noyabr 1983 (41 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20152015

Həyatı

redaktə

1999–cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinorejissorluq" fakültəsinə daxil olmuş və 2003-cü ildə universiteti bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "magistratura" pilləsinin "Mədəniyyətşünaslıq" fakültəsinə qəbul olmuş və 2005-ci ildə həmin fakültəni bitirmişdir. 16 noyabr 2003-cü ildən hal-hazıradək Dövlət Pantomima Teatrının aktrisasıdır. O, B.Xanızadə "Şərqə səyahət" – (Hind qızı), M.Mkusabəyov "Şəngül, Şüngül, Məngül" – (Küpəgirən qarı, Məngül), B. Xanızadə "Eşq" (V. Şekspirin sonetləri əsasında plastik düşüncə) – (AY, Vərəq), Z.Zeynalov "Maska" – (Qadın), A.Ekzüperi "Balaca Şahzadə" – (Qızılgül), A.Kamyu "İnsan" – (Masonun arvadı, Ərəb qızı), A.Məmmədov "Korlar" – (Ölüm) tamaşalarında oynamışdır. R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şairə) filmində çəkilmişdir. S.Hacıyeva Tatarıstanda (Kazan 30 may – 6 iyun 2005 "Novruz" Türkdilli xalqların teatr festivalı) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1] 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

redaktə
  1. Cavid ömrü (film, 2007)
  2. Sonuncu dərviş (film, 2009)
  3. Xoxan (film, 2014)

İstinadlar

redaktə
  1. ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  3. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səbinə_Hacıyeva_(aktrisa)&oldid=6684630"
LOVE.AZ