. Love.az

Sebine Xasayeva - Wikipedia - Love.az

Ana Səhifə - Sebine Xasayeva

Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı.

Səbinə Xasayeva
Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 12 saylı Qaradağ-Binəqədi-Yasamal
ƏvvəlkiMixail Zabelin
Şəxsi məlumatlar
Doğum tarixi 30 mart 1993(1993-03-30) (32 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • Azərbaycan Dillər Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

redaktə

Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub.[1] Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub.[1] Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.[1] İngilis və norveç dillərini bilir.[1] Evlidir, 2 övladı var.[1]

Fəaliyyəti

redaktə

Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ–Binəqədi–Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir.[2][3] 2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.[1]

Yeni Azərbaycan Partiyasının üzvüdür.[1] YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.

2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Səbinə Xasayeva 12 saylı Qaradağ–Binəqədi–Yasamal dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq göstərilmişdir. Nəticələrə əsasən Səbinə Xasayeva 48,70% səslə Milli Məclisin deputatı seçilmişdir.[4] Milli Məclisin Regional məsələlər Komitəsinin, Gənclər və idman Komitəsinin üzvüdür.[5] Həmçinin Azərbaycan–Estoniya, Azərbaycan–Lüksemburq, Azərbaycan–Norveç, Azərbaycan–Rumıniya, Azərbaycan–Tailand, Azərbaycan–Uruqvay, Azərbaycan–Paraqvay, Azərbaycan–Kamboca və Azərbaycan–Kamerun parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.[5]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 Milli Məclisin rəsmi internet səhifəsi. "AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ ALTINCI ÇAĞIRIŞ" (PDF). www.meclis.gov.az ( (az.)). 01.04.2024. 2024-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 01.04.2024.
  2. ↑ MSK. "2014-CÜ İL BƏLƏDİYYƏ SEÇKİLƏRİ / 12 SAYLI QARADAĞ-BİNƏQƏDİ-YASAMAL SEÇKİ DAİRƏSİNİN BƏLƏDİYYƏLƏRİ / LÖKBATAN BƏLƏDİYYƏSİNİN SEÇİLMİŞ NAMİZƏDLƏRİ". www.infocenter.gov.az ( (az.)). 10.02.2020. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  3. ↑ MSK. "2014-CÜ İL BƏLƏDİYYƏ SEÇKİLƏRİ / 12 SAYLI QARADAĞ-BİNƏQƏDİ-YASAMAL SEÇKİ DAİRƏSİNİN BƏLƏDİYYƏLƏRİ / LÖKBATAN BƏLƏDİYYƏSİNİN SEÇİLMİŞ NAMİZƏDLƏRİ". www.infocenter.gov.az ( (az.)). 10.02.2020. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  4. ↑ MSK. "2020-Cİ İL PARLAMENT SEÇKİLƏRİ / DAİRƏLƏR ÜZRƏ SEÇİLMİŞ NAMİZƏDLƏR". www.infocenter.gov.az ( (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  5. ↑ 1 2 Milli Məclisin rəsmi internet səhifəsi. "XASAYEVA Səbinə Səməd qızı". www.meclis.gov.az ( (az.)). 01.04.2024. 2024-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2024.
  6. ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səbinə_Xasayeva&oldid=8079819"
LOVE.AZ