. Love.az

Sederek Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Sederek Rayon Tarix Diyarsunasliq Muzeyi

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyi.[1]

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 2000

Muzeyin tarixi

redaktə

Muzey 1978-ci il fevral ayının 23-də Ölkəşünaslıq muzeyi olaraq yaradılmış, 2000-ci il 26 iyun tarixdən isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə Heydərabad qəsəbəsində bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.[2] İkimərtəbəli muzey binası 2 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub.[3]

Muzeyin eksponatları

redaktə

Muzey arxeologiya, etnoqrafiya, tətbiqi sənət, xalçaçılıq, qədim silahlar, kənd təsərrüfatı alətləri, numizmatika, flora və fauna bölmələrindən ibarətdir. Muzeyin fonduna 2500-ə yaxın eksponat daxildir.[2] Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir. Muzeydə numizmatika məmulatları, saxsı qablar və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, qədim toxuculuq alətləri, xalçalar və digər dəyərli eksponatlar nümayiş olunur.[3]

İstinadlar

redaktə
  1. ↑ "SƏDƏRƏK RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ". 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  2. ↑ 1 2 "Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. 2020-10-30 tarixində orijinalından arxivləşdirilib.
  3. ↑ 1 2 "Sədərəyin qədim tarixinin güzgüsü - Tarix-Diyarşünaslıq Muzeyi". azertag.az. 7 yanvar 2019. Archived from the original on 2020-12-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sədərək_Rayon_Tarix-Diyarşünaslıq_Muzeyi&oldid=7733397"
LOVE.AZ