. Love.az

Sedaqet Nuriyeva - Wikipedia - Love.az

Ana Səhifə - Sedaqet Nuriyeva

Sədaqət Məmmədağa qızı Nuriyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Sədaqət Nuriyeva
Sədaqət Məmmədağa qızı Nuriyeva
Doğum tarixi 2 avqust 1970 (54 yaş)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

1988-ci ildə M.Əliyev adına ADİİ-nin "dram və kino aktyoru" fakültəsinə qəbul olunub, 1992-ci ildə həmin fakültəni bitirib. 1992-ci ildən Sumqayıt teatrında işləyir.

1996-cı ildən ATXİ-nın üzvüdür.

Ailəlidir, iki övladı var.

Sumqayıt teatrında 25 rol oynayıb. Onlardan:S.S.Axundov "Tamahkar" – Gülzar, A.Həsənoğlu "Yanmış evin nağılı" – Həlimə, F.Kərimzadə "Şah İsmayıl" – Taclıbəyim, Ş.Qəribli "Gəlin açıq danışaq" – telefonçu qız, katibə,şalvarlı qız, Ş.Qəribli "Sehrli açar" – Vüqar, F.Məmmədov "Anasının gül balası" -Eldar, R.Səməndər "Dərs"-Sevda, M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah" – Gülçöhrə, Şərəfnisə, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz" – Qəndab, Çiçək, A.Kamyu "Ağlasığmaz faciə" – Marta, A.Babayev "Kim nə deyər bizdə olan qeyrətə" – Jalə, C.Məmmədquluzadə "Danabaşlar" -Şərəf, M.Haqverdiyev " Fədakarlıq" – Gulya, İ.Məlikzadə " Gəl qohum olaq" – Minayə, Ə.Qiyas "Cəhənnəm ekspresi"- Sarışın və s.

Mükafatları

redaktə

16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Filmoqrafiya

redaktə
  1. Ağ dünya (film, 1995)
  2. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  3. Bir ailəm var (teleserial, 2013)

İstinadlar

redaktə
  1. ↑ President.Az. "Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına "Əməkdar artist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 16.10.2018. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sədaqət_Nuriyeva&oldid=7215382"
LOVE.AZ