Sədi Bayramov (5 dekabr 1953, Dedoplistsğaro rayonu) — riyaziyyat üzrə elmlər doktoru, professor, 2015-ci ildən BDU-da çalışır.[1]
Sədi Bayramov | |
---|---|
Doğum tarixi | (71 yaş) |
Doğum yeri | Eldar, Siteli-Skaro rayonu, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | mexanika-riyaziyyat |
Elmi dərəcəsi | riyaziyyat üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Mükafatları |
![]() |
1953-cı il dekabırın 5-də Gürcüstan Respublikası, Siteli-Skaro rayonunun Eldar kəndində anadan olmuşdur. Orta təhsili 1969-cu ildə Qazax rayonu 3 saylı orta məktəbində almışdır. 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1974-cü ildə həmin universitetin məzunu olmuşdur. 1974-1996-cı illərdə BDU-da və 1996-2015-ci illərdə Türkiyənin müxtəlif universitetlərində çalışıb.2015-ci ildən Bakı Dövlət Universitetində çalışır. Ailəlidir, 2 övladı və 4 nəvəsi var.