. Love.az

Sedreddin Elesgerov - Wikipedia - Love.az

Ana Səhifə - Sedreddin Elesgerov
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Ələsgərov.

Sədrəddin Ələsgərov (21 mart 1929, Quzanlı – 14 iyun 2019) — Sosialist Əməyi Qəhrəmanı, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri.

Sədrəddin Ələsgərov
Sədrəddin Fərrux oğlu Ələsgərov
Doğum tarixi 21 mart 1929
Doğum yeri
  • Quzanlı, Azərbaycan
Vəfat tarixi 14 iyun 2019 (90 yaşında)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı "Lenin" ordeni

Həyatı

redaktə

Ələsgərov Sədrəddin Fərrux oğlu 1929-cu ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1936-cı ildə Quzanlı kənd məktəbinin I sinfinə daxil olub. 1945-ci ildə kolxozda su cuvarı işləyib.

1947-ci ildən kolxozda yaxşı işlədiyinə görə kolxoz sədri Əkbər Bağırov onu "anbardar-xəzinadar" vəzifəsinə təyin edib. Əsgəri xidmətdən sonra kolxozda heyvandarlıqla məşğul olmağa başlayıb. Heyvandarlıqda əldə etdiyi yüksək nəaliyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı və "Lenin Ordeni"ilə təltif olunub.

1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləmişdir. 1981-ci ildən Sədrəddin Ələsgərov kolxozda sədr müavini vəzifəsinə irəli çəkilib.

Sədrəddin Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 oktyabr 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[1]

Sədrəddin Fərrux oğlu Ələsgərov ömrünün sonuna qədər Ağdam Rayon Ağsaqqallar Şurasının sədri kimi çalışıb.

Sədrəddin Ələsgərov 14 iyun 2019-cu ildə 90 yaşında vəfat edib.[2]

İstinadlar

redaktə
  1. ↑ "Sədrəddin Ələsgərov". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  2. ↑ "Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Ələsgərov vəfat edib". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sədrəddin_Ələsgərov&oldid=8006382"
LOVE.AZ